Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədri Türkiyədə bir sıra görüşlər keçirib



Newscenter.az.12.07.2019. İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli Türkiyədə işgüzar səfərdədir.

Təşkilatdan Newscenter.az-a bildirilib ki, İSBAM sədri İstanbul və Antalya şəhərlərində siyasi partiyalar, QHT-lər və Azərbaycan Diasporunun təmsilçilərilə görüşlər keçirir.

Bu gün Samir Adıgözəlli Milliyətçi Hərəkat Partiyası Antalya təşkilatının sədri Mustafa Aksoyla görüşüb. Görüşdə Azərbaycan-Türkiyə əlaqələri, Türk dünyasını əhatə edən mövzular, Türkiyədəki ictimai-siyasi proseslərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Xəbəri paylaş