Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri Aİİ-ni ziyarət edib



Newscenter.az.25.07.2019
. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) ölkəmizin Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov ilə görüş keçirilib.

Aİİ-nin yaranma səbəbi, fəaliyyət istiqamətləri, hədəfləri haqqında ətraflı məlumat verən Ceyhun Məmmədov Aİİ-nin xarici ölkə universitetləri ilə əlaqələrin qurulmasında maraqlı olduğunu vurğulayıb. C.Məmmədov ötən dövr ərzində Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed İbrahim və Misir Ərəb Respublikasının ölkəmizdəki Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sabiq müdiri Əhməd Sami Elaydi ilə görüş keçirildiyini qeyd edib.

Rektor Aİİ-nin tələbələrin bilik və bacarıqlarının, dünyagörüşünün, intellektual səviyyəsinin artırılması məqsədi ilə həm ölkə daxilində, həm də xaricində ardıcıl tədbirlərin təşkil olunduğunu nəzərə çatdırıb. Bu məqsədlə Misir universitetləri ilə əlaqələrin qurulmasını nəzərdən keçirildiyini bildirib.

Xəbəri paylaş