Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəqədi rayonunda “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib



Newscenter.az.15.07.2019.
Binəqədi rayon Gənclər və İdman İdarəsivə “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə “Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə görüş təşkil edilib.

Newscenter.az xəbər verir ki, görüş zamanı “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinə ziyarət edən gənclərin rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənovla görüşü təşkil edilib.

Əvvəlcə çıxış edən idarə rəisi könüllüləri salamlayaraq, onları Binəqədi rayonunda gənclər və idman sahəsində keçirilən tədbirlərdə fəal iştirak etməyə dəvət edib. R.Həsənov daha sonra qeyd edib ki, gənclərin fəaliyyət və təşəbbüsləri dövlətimiz tərəfindən dəstəklənməkdədir.Bu isə öz növbəsində gənclərin hərtərəfli inkişafına, məşğulluq və təhsil səviyyəsinin yüksəldilməsinə, onların dünyagörüşünün, fiziki və mənəvi sağlamlığının artırılmasına hesablanıb.

Daha sonra Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzinin “Gənclərlə iş şöbəsi”nin rəhbəri Həlimə Tağıyeva və “İctimaiyyətlə Əlaqələr şöbəsi”nin rəhbəri Amal Əsgərov təşkil edilən görüşə görə təşəkkürlərini bildirdilər, PXTM-nin fəaliyyəti və “Diplomatiya Akademiyası” layihəsi haqqında ətraflı məlumat verdilər.

Tədbir zamanırayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova və Binəqədi Gənclər Evinin metodisti Toğrul Cəfərov təmsil etdikləri qurumlarınxidmətləri və fəaliyyəti barədə geniş məlumat verdilər. Gənclərə bu fəaliyyətlərdən bəhs edən video-çarx nümayiş etdirildi.
Görüş bitdikdən sonra rayon Gənclər və İdman idarəsinin kollekivi və tədbirdə iştirak edən gənclər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü və sifarişi ilə istehsal olunmuş “Ulu Öndər” sənədli filminin və eyni adlı mahnının təqdimat mərasimində iştirak etdilər.
Xəbəri paylaş