Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Energetika Nazirliyinin rəhbərliyi vətəndaşları qəbul edəcək



Newscenter.az.15.07.2019. İyulun 26-da energetika naziri və nazir müavinləri respublikamızın şimal-qərb bölgəsinə səfər edəcək.

Newscenter.az-a nazirlikdən verilən məlumata görə, nazir Pərviz Şahbazov həmin gün Şəki şəhərində Şəki və Qax rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulsaat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Şəki filialının inzibati binasında keçiriləcək.

Həmin gün energetika nazirinin müavini Samir Vəliyev Qəbələ şəhərində Qəbələ və Oğuz rayonlarının, nazir müavini Elnur Soltanov isə Zaqatalada Zaqatala və Balakən rayonlarının sakinləri ilə görüşəcək.

Vətəndaşların qəbulu saat 11:00-da Qəbələ Mədəniyyət Mərkəzində,saat 14:00-da isəZaqatala rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.
Xəbəri paylaş