Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə Aralıq dənizində təbii qaz rezervi aşkarlayıb



Newscenter.az.15.07.2019. Türkiyə sonunda istəyinə nail oldu.Bu gün edilən açıqlamada Türkiyənin Kipr adası ətrafında təbii enerji axtarışı aparan Fatih gəmisinin təbbi qaz rezervi aşkarladığı qeyd olunub.

Verilən məlumata görə aşkarlanan təbii qaz rezervi təxminən 170 milyard kubmetrdir.
Türkiyə bütün təzyiqlərə baxmayaraq sonunda istəyinə nail oldu.Bu sıradan bir hadisə deil

Birincisi axtarışların nəticə verməsi Aralıq dənizində Türkiyənin fəaliyyətini daha da artıracaq.Türkiyə uzun illərdi bu regionda təbii enerji axtarışları aparır lakin elə də effektiv bir nəticə əldə edə bilməmişdi.Lakin vəziyyət artıq dəyişib.Türkiyə artıq Aralıq dənizindəki axtarışlarının nəticəsiz olmadığını anladı və fəaliyyətlər bu istiqamətdə daha da inkişaf edəcək.

İkincisi xəbər artıq yunan qərb və rus mətbuatında geniş səs səda yaradıb.Xüsusiylə Türkiyənin Aralıq dənizində tapdığı təbii qaz rezervi ilk növbədə son zamanlar hər sahədə geniş əməkdaşlıq etdiyi Rusiyanın diqqətini cəlb edəcək.Nəzərə alsaq Rusiya bu sahədə daha təcrübəli bir ölkədir və Türkiyəylə son zamanlar yaxınlaşmasında nəzərə alsaq deyə bilərəm ki bu sahədə ikili arasında birgə fəaliyyəti görə bilərik.

Üçüncüsü regionun təhlükəsizliyi baxımından Türkiyə Aralıq dənizi donanmasının tərkibini artıra bilər.Aydın məsələdir ki Yaxın Şərq regionu üçün neft və qaz bladan başqa bir şey gətirmədi.Lakin Türkiyədə sadə bir Yaxın Şərq ölkəsi deil.Regionda öz təhlükəsizliyi və milli maraqları çərçivəsindən Aralıq dənizindəki donanmasını dahada güvləndirmək məksədiylə əsaslı addımlar ata bilər

Dördüncüsü Türkiyə yunan tərəfinin dediyinin əksinə yunanlarla ada ətrafı geniş bir axtarış üçün əməkdaşlıq aparmağa hazırdır.Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuş oğlu "Yunan tərəfi əməkdaşlıq etməkdən boyun qaçırdığı müddətdə Türkiyə daha da əsaslı adımlar atacaq" ifadəsi əslində Türkiyə tərəfinin yunan tərəfilə əməkdaşlığa hazır olduğun bir daha göstərir.

Beşinci amil isə Şimali Kipr Türk cumhuriyyətidir ki məsələylə bağlı açıqlama verən prezident köməkçisi və Xarici İşlər Naziri
Kudret Özersay "Türkiyənin bütün Kipr ətrafında enerji axtarışları aparılmaması üçün heç bir səbəb yoxdur" ifadəsi Şimali Kiprin dən bu məsələdə maraqlı olduğun bir daha göstərir.

Düşünürəm gələcək günlərdə Türkiyə ada ətrafında fəaliyyətlərini daha da genişləndirəcək və hətda adanın quru səthində də araşdırmalara başlaya bilər.
Turan Rzayev, "Atlas" Araşdırmalar Mərkəzinin siyasi eksperti
Xəbəri paylaş