Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın “Minbar” jurnalında Azərbaycan haqqında yazılar dərc olunub



Newscenter.az.16,07.2019. Rusiyanın Milli Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun “Minbar” İslam araşdırmaları jurnalının sonuncu sayında Azərbaycan haqqında məlumatlar dərc olunub. İlahiyyat İnstitutundan

Newscenter.az-a bildirilib ki, jurnalın ilk səhifəsində ulu öndər Heydər Əliyevin “İslam Sivilizasiyasi Qafqazda” I Beynəlxalq Simpoziumunun açılış mərasimindəki nitqindən – “Qafqazda İslamın yayılması və inkişaf etməsi Qafqaz xalqlarının tarixinin böyük bir hissəsini təşkil edir, eyni zamanda, İslam sivilizasiyasının Qafqaz xalqlarına bəxş etdiyi dəyərli töhfələrin olmasını əks etdirir” – sözləri qeyd olunub. Eyni zamanda, jurnalın birinci səhifəsində XIX əsrə aid Azərbaycanın milli geyimləri, mətbəx əşyaları və xalçası da əks olunub.

Baş redaktoru Bolqar İslam Akademiyasının rektoru Rafiq Muxametşin olan jurnalda Azərbaycan haqqında məqalələr də nəşr edilib.
Dünyanın müxtəlif ölkələrinin tanınmış alimlərinin daxil olduğu jurnalın Redaksiya Heyətinin sədri Rusiya Elmlər Akademiyasının akademiki, tarix elmləri doktoru, professor Vitali V.Naumkindir.

Qeyd edək ki İslamın yaranmasından müasir dövrə qədər onun bütün sahələrini əks etdirən tarixi, psixoloji və teoloji cəhətdən əsaslandırılmış “Minbar” jurnalı İslam dini və İslam dünyasının bütün aspektlərini əhatə edir.
Xəbəri paylaş