Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsraillə vergi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib



Newscenter.az.16.07.2019. İyulun 16-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan İsrail Dövlətinin Vergi İdarəsinin Baş direktoru Eran Yaakovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Newscenter.az-a DGK-dan bildirilib ki, görüşdə gömrük sistemində aparılan islahatlar, onların mahiyyəti və əldə olunan nəticələr barədə məlumat verilib, gömrük sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib.

Həmçinin, görüşdə hər iki ölkənin gömrük orqanları tərəfindən tətbiq edilən və müasir çağırışlara cavab verən yeniliklər, innovativ layihələrlə bağlı təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsinin əlaqələrin inkişafına münbit şərait yaradacağı vurğulanıb.

Görüş başa çatdıqdan sonra İsrail nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin "Hədəf" Mərkəzi ilə tanış olublar.
Xəbəri paylaş