Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlk Carlsberg Summer Cup futbol turnirinin qalibi müəyyən oldu



Newscenter.az.17.07.2019
. Bakıda Azərbaycanın iri şirkətlərinin komandalarının iştirakı ilə ilk dəfə keçirilən Carlsberg Summer Cup 2019futbol turnirinin final mərhələsi baş tutub.

Newscenter.az xəbər verir ki, iyul ayının 14-də həlledici matçda British American Tobacco (BAT) və Access Bank komandalarıüz-üzəgəlib. Oyununəsasvaxtı 1:1 hesabıiləbaşaçatsa da, penaltiseriyalarındansonra 5:4 hesabıilə BAT komandasıqalibgəlib.

“Bu gün Carlsberg Summer Cup turnirinin final matçı keçirilir və oyunun Azərbaycan biznesi tərəfindən maraqla qarşılanması bizi çox sevindirir. Ümumilikdə turnirə 12 komanda qatılıb, final mərhələsinə isə Access Bank və British American Tobacco komandaları çıxıb. Biz ümid edirik ki, futbol turnirlərinin keçirilməsi ənənəyə çevriləcək və daha çox komandaları birləşdirəcək.”

Turnirin qalibi olmuş British American Tobacco (BAT) komandası Rusiyanın Sankt-Peterburq şəhərinə səyahət qazanıb. Üçüncü yeri isə Caspian Engineering Solutions (CES) və Medical Plaza komandalarıbölüşdürüb.

Qeyd edək ki, Carlsberg Summer Cup 2019turnirində PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tobacco (BAT),Bakcell, Access Bank, Caspian Engineering Solutions(CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza və Carlsberg Azerbaijan şirkətlərininkomandalarıqatılıb. Turnirinqrupmərhələsi 29-30 iyun, dörddə bir final isə 6-7 iyul tarixlərində keçirilib.
Xəbəri paylaş