Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər” mövzusunda tədbir keçirilib-FOTOLAR



Newscenter.az.17.07.2019
. Rusiya Azərbaycanlıları İttifaqının (RAİ) təşkilatçılığı ilə “Rusiya-Azərbaycan münasibətlərində diaspor amili: KİV-in rolu və müasir proseslər” mövzusunda tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbiri giriş sözü ilə Rusiya Azərbaycanlıları İttifaqının mətbuat katibi Anar Həsənov açaraq təşkilatın fəaliyyəti barədə genilş və ətraflı məlumat verib. Anar Həsənov Rusiya-Azərbaycan münasibətlərində diasporundan rolundan danışaraq diasporumuzun şimal qonşumuzda daha da aktiv olması istiqamətində çalışdıqlarını dilə gətirib. Bildirib ki, elə Rusiya Azərbaycanlıları İttifaqının yaradılması da buna xidmət edir. RAİ təmsilçisi qısa zamanda ərzində təmsil olunduğu qurumun bir çox tədbirlər keçirdiyini vurğulayıb. Anar Həsənov çıxışında kütləvi informasiya vasitələri arasındakı əlaqələr, müasir proseslər və digər məsələlər barədə də danışıb. Anar Həsənov onu da diqqətə çatdırıb ki, hazırda Rusiya Azərbaycanlıları İttifaqı əsas diqqəti dövlət qeydiyyatının alınmasına yönəldib və bu istiqamətdə sistemli şəkildə iş gedir: "Ümid edirik ki, tezliklə Rusiya Azərbaycanlıları İttifaqı olaraq rəsmi şəkildə qeydiyyata alınacağıq və bundan sonra fəaliyyətimiz daha da intensivləşəcək".

Anar Həsənov çıxışı zamanı RAİ prezidenti Fizuli Məmmədovun xeyriyyəçilik fəaliyyətindən də danışıb. Qeyd edib ki, Fizuli Məmmədov bu günə qədər onlarla Qarabağ qazisi və şəhid ailəsinə mənzil hədiyyə edib. Eləcə də bu kimi digər xeyriyyə tədbirləri həyata keçirib. Anar Həsənov bu tipli fəaliyyətlərin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

Tədbir zamanı həmçinin Azunion.org saytının təqdimatı da keçirilib. Anar Həsənov say barədə geniş məlumat verərək bildirib ki, sayt Rusiya Azərbaycanlıları İttifaqının təşəbbüsü və maliyyə dəstəyi ilə fəaliyyətə başlayıb. Saytda müxtəlif bölmələrin olduğunu qeyd edən Anar Həsənov saytın müraciət bölümü vasitəsilə Rusiya Azərbaycanlıları İttifaqının prezidenti Fizuli Məmmədovdan müsahibə almağın mümkünlüyünü də diqqətə çatdırıb.

Tədbirdə çıxış edənlər də Rusiya-Azərbaycan münasibətlərinin inkişafında diaspor amilindən, onun rolundan danışıblar.
İnqilab Süleymanov
Xəbəri paylaş