Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siqaret və spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb



Newscenter.az.17.07.2019. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 3 fakt üzrə 4000 ədəd müxtəlif markalı siqaretlərin və 19 ədəd spirtli içkilərin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdiyi "Vaz 21013", "Vaz 21063" və Gürcüstan vətəndaşının idarə etdiyi "Mercedes Benz markalı avtomobillər saxlanılıb və gömrük baxışı keçirilib.

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən 2000 ədəd "Pirveli", 2000 ədəd "King" markalı siqaretlər, hər biri 1 litr olmaqla 13 ədəd "Nemiroff" və 6 ədəd "Nemirovskaya" markalı spirtli içkilər aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.
Xəbəri paylaş