Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli mətbuatımızın zəngin tarixi var



Newscenter.az.22.07.2019. “1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılıb. Heç şübhəsiz ki, bu gün 144 yaşı tamam olan milli mətbuatımızın zəngin tarixi vardır. Həsən bəy Zərdabinin təməlini atdığı yol ilə milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərinin xidmətlərini bu gün yada salır və unutmuruq”.

Newscenter.az xəbər verir ki, bu fikirlər AAYDA-nin İdarə Heyyətinin sədri Saleh Məmmədovun mətbuat nümayəndələrinə ünvanladığı təbrik mesajında yer alıb. Bildirilib ki, milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçib:

“Milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində, vətəndaş cəmiyyətinin formalaşdırılmasında Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Yol infrastrukturu mövzusunda yazan jurnalistlərin fəaliyyəti, onların bu sahədə görülən işlərin, eləcə də mövcud problemlərin işıqlandırılmasında rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, ölkəmizdə yol infrastrukturunun müasirləşməsi istiqamətində atılan addımların təbliğində, dünyaya tanıdılmasında kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Bir daha ölkənin bütün media təmsilçilərini Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi adından təbrik edib, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram”.
Xəbəri paylaş