Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallı şəhərində maarifləndirici seminar keçirilib


Newscenter.az.24.07.2019. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regionlarda yaşayan mina qurbanlarının və digər müharibə əlillərinin özünüməşğulluq proqramına cəlb olunması üçün maarifləndirilmə işlərinin aparılması” adlı layihənin icrasını davam etdirir.

Newscenter.az xəbər verir ki, layihənin İcra planına uyğun olaraq növbəti maarifləndirici seminar Masallı rayonunda yaşayan mina qurbanları və digər müharibə əlilləri üçün təşkil olunmuşdur. Seminarda açılış çıxışı edən layihə rəhbəri Hafiz Səfixanov bildirmişdir ki, bu layihədə məqsəd mina qurbanlarını və digər müharibə əlillərini özünüməşğulluq proqramına cəlb edərək onların iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir.

Masallı rayonunda yaşayan mina qurbanları və digər müharibə əlillərinə Əfqanıstan və Qarabağ müharibələri zamanı mina qurbanı olmuş təlimçi tərəfindən kiçik biznesin praktiki əsaslarına dair, Qarabağ müharibəsində mina qurbanı olmuş hüquqşünas isə özünüməşğulluq proqramına cəlb olunmaları üçün hüquqi bilgiolərə dair maarifləndirici məlumatlar vermişdir. Bundan başqa tədbir iştirakşılarına Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın dünyadakı mina qurbanlarına tövsiyyə etdiyi “101 çox yaxşı ideya” məlumat vərəqi paylanmışdır.

Seminarda iştirak etmiş "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Masallı rayon təşkilatının üzvləri bu tədbirin keçirilməsini yüksək qiymətləndirmiş, layihənin icrasına maliyyə yardımı ayırmış Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınına minnətdarlıq bildirdilər. Onlar kənd təsərrüfatı peşələri ilə məşğul ola biləcəklərini, bu sahələrlə əlaqədar konkret layihələrinin olduğunu və bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildirmişlər.
Xəbəri paylaş