Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sabahdan "Azəriqaz" İstehsalat Birliyi işində yenilik edir



Newscenter.az.24.07.2019. Yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentlər tərəfindən səhvən söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması. Kütləvi sayğac dəyişikliyindən sonra ən çox ünvanlanan bu müraciətlərə abonentlər sabahdan etibarən daha bir xidmət sahəsində cavab tapa biləcək.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, iyulun 25-dən başlamaqla Bakıxanov qəsəbəsi Nazim İsmayılov küçəsi 104 ünvanında Sabunçu texniki istismar xidmətində yuxarıda qeyd edilən məsələlərlə bağlı xidmətlərin göstərilməsi təmin olunacaq.
Xəbəri paylaş