Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaricdə fəaliyyət göstərən azərbaycanlı sahibkar xanım mükafatlandırıldı


Newscenter.az.24.07.2019. Youth Inc.” Sahibkarlıq Proqramı tərəfindən həyata keçirilmişdi #WE2019 Xanım sahibkarlar üçün müsabiqənin qaliblərindən biri Billurə Bernard “Xaricdə fəaliyyət göstərən Azərbaycanlı sahibkar xanım” nominasiyası üzrə mükafatlarılıb.

Newscenter.az xəbər verir ki, cari ilin Yanvar - Fevral aylarını əhatə etmiş müsabiqədə ümumilikdə 161 xanım sahibkarın müraciəti toplanıldıqdan sonra nəticədə 5 xanım sahibkar mükafatlandırılıb. Mükafatlandırılmış Billurə Bernard artıq 3 ildir Nigeriyada yaşayır və “Cuisine Chez Billura” brendi ilə Azərbaycan kulinariyasının təbliğ edərək fəaliyyət göstərir. Qeyd edək ki, müsabiqənin digər qalibləri “İlin ən gənc sahibkar xanımı” – “FitDiet” brendi ilə Ləman Xəlilzadə, “İlin təşəbbüskar sahibkar xanımı” – “TourismLab” brendi ilə Həvva Səfərova, “İlin təhsil üzrə sahibkar xanımı” – “BD Kids” brendi ilə Elvira Bağırova, “Milli brendi təmsil edən ilin sahibkar xanımı” nominasiyası üzrə isə “Tovuz Baltiya MMC” brendi ilə Günel Məmmədhəsənova olmuşdur.

Sahibkar xanımlar Azərbaycanlı dizayner tərəfindən hazırlanmış ekskluziv hədiyyələr, Türkiyədə keçirilmiş sahibkarlıq yönümlü tədbirlərə işgüzar səfər və AzərTürkBank tərəfindən “Gold Card” ilə mükafatlandırılıb.

Qeyd edək ki, müsabiqə “Youth Inc.” Sahibkarlıq Proqramının təşkilatçılığı, Azər Türk Bank ASC-nin əsas dəstəyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dövlət tərəfdaşlığı, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosasiyası (AQSİA), “WoWoman Azerbaijan” təşkilatlarının, ADİU-da fəaliyyət göstərən Yunus Sosial Biznes Mərkəzi və “INNOLAND” İnkubasiya Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, layihənin rəsmi informasiya dəstəkçiləri “ARB TV”, “MAG TV” və “1news.az” olmuşdur.
Xəbəri paylaş