Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2 rayonun qaz təchizatı dayandırılıb

 2 rayonun qaz təchizatı dayandırılıb


Newscenter.az.25.07.2019
. Bu gün səhər saat 09.00-dan işlər tamamlanana qədər aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə Samux rayonunun 2 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bundan başqa daha 2 rayonda orta təzyiqli qaz kəmərlərində payız-qış mövsümünə hazırlıq işləri aparılır. Beləliklə, Bərdə rayonunda saat 14.00-dan işlər tamamlanana qədər 3 yaşayış məntəqəsi, Kürdəmir rayonunda isə saat 13.30-dan 15.30-dək 5 kənddə qaz təchizatı dayandırılacaq.
Xəbəri paylaş