Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şimal zonasında vətəndaşların qəbulu keçiriləcək



Newscenter.az.25.07.2019.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov iyul ayının 31-də Quba rayonunda, İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar rayonunda, avqust ayının 2-də isə Xızı rayonunda vətəndaşları qəbul edəcəklər.

Agentlikdən Newscenter.az-a bildirilib ki AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədovun qəbulu Quba şəhərində “Heydər Əliyev Mərkəzi”nin inzibati binasında keçiriləcək. Qəbulda Quba və Xaçmaz rayonlarının sakinləri iştirak edə bilərlər.

Agentliyin İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev isə Qusar şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Qusar rayonunun sakinləri iştirak edə bilərlər.

Saat 10:00-da başlanılacaq hər iki qəbul zamanı vətəndaşların avtomobil yolları ilə bağlı müraciətləri dinləniləcək.
Bundan başqa İdarə Heyəti sədrinin müavini Əvəz Qocayev avqust ayının 2-də saat 10:00-da Xızı şəhərində "Heydər Əliyev Mərkəzi"ndə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda yalnız Xızı rayonunun sakinləri iştirak edə bilərlər. Qəbula yazılmaq istəyənlər müvafiq rayonların Yol İstismarı MMC-lərində əvvəlcədən qeydiyyatdan keçə bilərlər.
Xəbəri paylaş