Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda qarğıdalı və günəbaxan yığımına hazırlıq gedir



Newscenter.az.26.07.2019. Azərbaycan Respublikasında taxıl yığımı artıq başa çatmaq üzrədir. Yığım başa çatdıqdan sonra - avqust ayında qarğıdalı və günəbaxan sahələrinin biçininə və yığımına başlanması nəzərdə tutulub.

Newscenter.az-a Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, artıq ölkə ərazisində yığım mövsümünə başlamaq üçün hazırlıq işləri həyata keçirilir. Bu dövrdə qarğıdalı sahələrinin biçini və yığımı üçün “Aqrolizinq” ASC-nin regional nümayəndəliklərinin və rayon bölmələrinin istifadəsində olan kombaynlar yeni mövsümdə istifadəyə hazırlanıb. Hazırda qarğıdalı məhsulunun yığılması üçün 39 ədəd, günəbaxan məhsulunun yığımı üçün isə 8 ədəd kombayna birləşdirilən xeder ayrılıb. Qeyd edək ki, “Aqrolizinq” ASC-nin təchizat bazalarında 40 ədəd yem-qarğıdalı xederi, 9 ədəd yem-günəbaxan xederi mövcuddur. Qarğıdalı və günbaxan istehsalı ilə məşğul olan sahibkarlar, fermerlər və təsərrüfat subyektləri bu texnikaları lizinq yolu ilə satın alaraq istifadə edə bilərlər.

Ümumilikdə Respublika ərazisində 8 iqtisadi rayon üzrə 33948 hektar qarğıdalı, 16235 hektar günəbaxan əkilib.
Orxan
Xəbəri paylaş