Daha 5 rayona təbii qazın verilməsində məhdudiyyət olacaq
Tarix: 26-07-2019, 12:10
Newscenter.az.26.07.2019. Bu gün saat 13.00-dan 18.00-dək Masallı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında bir neçə yaşayış məntəqəsi və sənaye müəssisələrindən birində qaz təchizatı dayandırılacaq.
Bu barədə məlumat Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olub. Bildirilib ki, buna səbəb aşkarlanan qaz sızmalarının ləğvi məqsədilə görüləcək işlərdir.