Impera

XƏBƏR LENTİ
18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:08Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib14:34“Azəriqaz” “SMART-KART” tipli sayğaclarla bağlı məsələyə aydınlıq gətirdi14:18Astarada insan alveri ilə bağlı təlim keçirilib13:57Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək13:37Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxstan sammitində iştirak edib13:12Sabah hava yağmurlu olacaq12:55Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar12:20Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar12:02Paytaxtda qanunsuz parklanmaya qarşı tədbirlər görülür11:44Tailandda Azərbaycanın sədrliyilə Quru limanların işi üzrə işçi qrupun 3-cü iclası keçirilib11:38Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb11:24Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib11:05Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO10:50Müxalifətin korrupsiyası10:16Təhsil müzakirələri davam edir09:40Düşmən ərzində atəşkəs rejimini 20 dəfə pozub09:22Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub09:00Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO20:49Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI19:46Gəncədə yol qəzası: ölən və yaralananlar var - VİDEO18:55Prezident İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib18:23Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb18:00İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri AQTİ-nin laboratoriyaları ilə yaxından tanış olub17:41Qaz xətti bir gündə iki dəfə zədələndi17:12İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq16:34Goranboyun daha bir kəndinə qaz verilib15:29Beyləqan şəhərində tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir15:11Voleybolçu qəzlar arasında birinciliyə start verilib14:53KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib14:43Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb VİDEO14:17Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib14:05Gələn il Azərbaycan və Ermənistan rəhbərləri görüşə bilər13:55Keçən ay Təhsil Nazirliyinə 28 müraciət daxil olub13:34Məktəbdaxili yarışlar başlayıb13:20Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb13:03“ASAN xidmət”ə 34 milyonuncu müraciət12:41Məktəblilər arasında vətənpərvərlik və mənəvi dəyərlər mövzusunda rəsm -sərgi müsabiqəsi keçirilib12:30“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır12:15Hər kəsə öz silahıyla cavab vermək lazımdır12:05Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib11:50Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir11:27Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək11:11“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib10:56AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb10:42Nizami rayonunda məktəb seminarları keçirilir10:33Azərbaycanlı mühacir Fransada saxlanılıb10:00İrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb09:44Almaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHI09:27Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır20:00QHT əməkdaşları Agentliyin idarə heyətinin sədri ilə görüşüblər19:38Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri 4-cü Ticarət Məclisi keçirilib19:00Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək18:30Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib17:48"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib17:00ABŞ nümayəndə heyəti “ASAN xidmət”də16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub10:55Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir10:36İki rayon üzrə məktəb seminarları keçirilib10:12Bakı metrosunda qatarların hərəkəti ləngiyib09:32Düşmən atəşkəs rejimini 22 dəfə pozub09:00AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (288)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Dini Komitədə kollegiya iclası keçirilib

26 İyul 2019, 18:54   
Dini Komitədə kollegiya iclası keçirilib


Newscenter.az.26.07.2019. İyulun 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 2019-cu ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı giriş sözü ilə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafı kontekstində də ciddi uğurlara imza atdığını deyib. Komitə sədri qeyd edib ki, bu gün dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulur, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir. Bundan başqa, dövlət dini icmalara göstərdiyi qayğını gündən-günə artırır.

Hesabat dövrü ərzində dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olunduğunu bildirən Dövlət Komitəsinin sədri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görüldüyünü deyib. Dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

DQİDK-nın sədr müavini Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2019-cu ilin yanvar-iyun aylarındakı fəaliyyəti və qarşıda duran vəzifələr barədə məlumat verərək bildirib ki, 2019-cu ilin ilk 6 ayı ərzində dini icmaların dövlət qeydiyyatına alınması prosesi davam etdirilərək ümumi sayı 940-a çatıb. İcmalardan 907-i İslam, 33-ü qeyri-islam təmayüllüdür. Hesabat dövründə ümumilikdə 32 dini icma (31-i İslam, 1-i qeyri-islam təmayüllü) dövlət qeydiyyatına alınıb.

Komitə sədrinin müavini vurğulayıb ki, Dövlət Komitəsi tərəfindən hesabat dövründə radikal, qeyri-ənənəvi və milli kimliyimizə zidd təbliğat aparan dini təriqətlərin təlimlərini yaymaq, tərəfdarlarını artırmaq, dini fəaliyyət sahəsində cərəyan edən proseslərə təsir etmək məqsədilə dini ədəbiyyatın ölkəyə idxalına, çapına və yayılmasına xüsusi önəm verdiklərini nəzərə alaraq, bu istiqamətdə qabaqlayıcı tədbirlər həyata keçirilib, ölkədə dini ayrı-seçkilik və qarşıdurma meyillərinin yayılmasına rəvac verilməməsi, dini dözümlülük mühitinə mənfi təsir göstərə biləcək ədavəti, nifrəti, ekstremizmi və radikallığı təbliğ edən dini təyinatlı ədəbiyyatın xaricdən ölkəyə gətirilməsi və nəşrinin qarşısının alınması məqsədilə müvafiq işlər görülüb və ümumilikdə idxalla bağlı 2019-cu ilin yanvar-iyun ayları ərzində Dövlət Komitəsinə daxil olmuş müraciətlər əsasında 1452 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 19 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb, ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 104 adda dini ədəbiyyata baxılaraq, onlardan 6-sının çapı məqsədəuyğun sayılmayıb.

Cari ilin müvafiq dövrü ərzində Dövlət Komitəsi tərəfindən ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, eyni zamanda, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə ayrıca və digər qurumlarla birgə ümumilikdə 250-ə yaxın maarifləndirici tədbir həyata keçirilib. 20 mindən artıq insanın iştirak etdiyi bu tədbirlərin təşkilində mərkəzi və yerli icra hakimiyyəti orqanları, Silahlı Qüvvələr, eləcə də hüquq mühafizə orqanları, təhsil müəssisələri, gənclər təşkilatları, dini qurumlar və QHT-lərlə yaxından əməkdaşlıq edilib. Qeyd olunan qurumlarla yanaşı, Dövlət Komitəsi ötən illərin təcrübəsinin davamı olaraq, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, QMİ, Yeni Azərbaycan Partiyası (YAP), YAP Gənclər Birliyi ilə əməkdaşlığı davam etdirib.

Ramazan ayının yekunlarına dair hesabatla çıxış edən Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Cahandar Əlifzadə Ramazan ayı ilə bağlı təşkil edilən tədbirlərdən, Komitənin keçirdiyi monitorinqlərdən danışıb. O bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hər il olduğu kimi, bu il də Ramazan ayı boyunca respublikada dini durum nəzarətdə saxlanılıb, məscid və ziyarətgahlarda mütəmadi monitorinqlər keçirilib, eləcə də dini maarifləndirmə sahəsində silsilə görüş və konfranslar təşkil edilib. Ramazan ayı ərzində Dövlət Komitəsinin Mərkəzi Aparatına yerlərdən daxil olmuş məlumatlar ümumiləşdirilərək təhlil olunub, respublikada ümumi dini durumun qiymətləndirilməsi aparılıb. C.Əlifzadə bildirib ki, ümumən Ramazan ayı yüksək səviyyədə keçib, ay boyu müvafiq tədbirlərin təşkili üçün dini icmalara dövlət tərəfindən lazımi qayğı və dəstək göstərilib.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov İnstitutun 2019-cu ilin birinci yarımili üzrə fəaliyyəti barədə məruzə ilə çıxış edib. O bildirib ki, hesabat dövrü ərzində müvafiq iş planına əsasən tədrisin təşkili, elmi və dövri nəşrlər, elmi konfrans, simpozium və dəyirmi masalar, respublika əhəmiyyətli mühüm günlərə dair tədbirlər, marifləndirmə işi, mətbuatla əlaqələr kimi bir çox sahəni əhatə edən işlər görülüb. O bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu 2018/2019-cu tədris ilində fəaliyyətə başlayıb və ilk tələbə qəbulunu bu ildə həyata keçirib. Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən ödənişsiz əsaslarla III qrup üzrə iki istiqamətdə - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib və ötən tədris ilində dövlət sifarişi əsasında qəbul üzrə ayrılmış plan yerləri tam dolub; İslamşünaslıq ixtisası üzrə 35, Dinşünaslıq ixtisası üzrə isə 25 nəfər olmaqla, ümumilikdə, 60 abituriyent tələbə sıralarına qəbul edilib. Hazırda İnstitutda ümumilikdə 109 tələbə təhsil alır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.01.2019-cu il tarixli 6 nömrəli qərarı ilə İnstituta 2020/2021-ci il üzrə doktoranturaya qəbul başlanılıb. Rektor həmçinin, hesabat dövrü ərzində İnstitutda ictimaiyyət nümayəndələri, elm xadimləri, tədqiqatçıların iştirakı ilə müxtəlif mövzularda elmi seminarlar, görüşlər, “dəyirmi masa”lar, konfransların təşkil olunduğunu, İnstitutun tanıdılması məqsədilə bölgələrə səfərlər təşkil edildiyini, tələbələrin təhsillə bərabər, sosialyönümlü layihələrə, maarifləndirmə tədbirlərinə də cəlb olunduqlarını deyib. C.Məmmədov vurğulayıb ki, bu ilin 6 ayı ərzində Aİİ öz fəaliyyətində xarici ölkələrin müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlıq çərçivəsində birgə layihələrin həyata keçirilməsi, elm və təhsil sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının reallaşdırılmasına xüsusi önəm verib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Azərbaycanda mövcud olan ideal dövlət-din modelinin, eyni zamanda multikulturalizm siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayaraq, bu uzaqgörən siyasətin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib. O, ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən qurumlar tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifçilik fəaliyyətini, eləcə də beynəlxalq səviyyəli tədbirlərin təşkilatçılığını yüksək qiymətləndirib.

E.Nəcəfov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu, Azərbaycan İlahiyyat İnstitutu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinin müsbət nəticələrindən danışıb. Bildirib ki, 2019-2020-ci tədris ilindən etibarən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin ixtisasları üçün məcburi tədris olunacaq “Multikulturalizmə giriş” fənni üzrə dərslik artıq yekunlaşmaq üzrədir. Dərslikdə multikulturalizmlə yanaşı, dini müxtəliflik məsələlərinə də geniş yer verilib. Bu dərslik məhz birgə sıx əməkdaşlığın nəticəsində ərsəyə gəlib və cari ilin sentyabr ayında fənni tədris edəcək müəllimlər üçün treninqin təşkili istiqamətində də BBMM ilə MDTF arasında birgə fəaliyyət həyata keçirilməkdədir.

E.Nəcəfov, eyni zamanda, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Hesabat yığıncağında Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilmiş Dövlət Komitəsinin 7 əməkdaşına medallar təqdim edilib.
OXŞAR MÖVZULAR