Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT sədrindən bəzi qurumlara ciddi mesaj



Newscenter.az.26.07.2019. “Görəsən bəzi hakimiyyət orqanları iqtidara dəstək verən, hakimiyyətin siyasi kursunu təbliğ edən ictimai fəalların sorğularını, replikalarını nə vaxta qədər görməməzliyə vuracaqlar? Hansı ki, həmin qurumlar müxalifət təmsilçilərinin yarım cümləlik statuslarına palaz-palaz cavablar yazırlar, həmin qurumlara dəvət edərək könullərini alıb yola salırlar”.

Newscenter.az xəbər verir ki, belə bir etiraz dolu fikirlərlə “Hilal” təşkilatının sədri Arzuman Abdulkərimov çıxış edib:

“Olsun, Azərbaycanda demokratiyadır, müxalifət təmsilçiləri də bizim əziz və dəyərli vətəndaşlarımızdırlar. Amma bu demokratiyadan yararlanmaq hakimiyyəti təmsil edən ictimai fəalların da doğal haqqıdır axı. Çox düşündüm və belə qənaətə gəldim ki, həmin qurumların rəhbərləri düşünürlər: ”Onsuz da bu hökumətdə yerimiz bərkdir, dünya işidir birdən olmadı elə, oldu belə qoy indidən müxalifətlə aramı sazlayım”.
Xəbəri paylaş