Impera

XƏBƏR LENTİ
18:50Lerikin daha 3 kəndinə qaz verildi18:27Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Balakən rayonunda vətəndaşlarla görüşüb17:52Bu erməni lobbisinə vurulan ciddi zərbə idi17:44Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO17:27BŞTİ müdiri vətəndaşları qəbul edib17:10Prezident zəlzələnin fəsadlarının aradan qaldırılmasına 6 milyon manat ayırdı16:58“Mastercard”la bir toxunuşla ödəniş edin16:33İrandan Azərbaycana daxili orqanında narkotik vasitə və psixotrop maddə gətirmək istədi16:11Məktəblilər DDoS hücumlara görə məsuliyyət daşıyır15:45Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi növbəti vətəndaş qəbulları keçirib15:26Azərbaycanla Fransa arasında miqrasiya sahəsində əməkdaşlıq müzakirə olunub15:08Azərbaycan və Gürcüstanın dəmir yolları arasında görüş keçirilib14:34“Azəriqaz” “SMART-KART” tipli sayğaclarla bağlı məsələyə aydınlıq gətirdi14:18Astarada insan alveri ilə bağlı təlim keçirilib13:57Agentlik rəhbərliyi vətəndaşları qəbul edəcək13:37Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxstan sammitində iştirak edib13:12Sabah hava yağmurlu olacaq12:55Dini liderlər dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstək verməyə çağırıblar12:20Paytaxt məktəbliləri beynəlxalq yarışlardan qızıl medalla qayıdıblar12:02Paytaxtda qanunsuz parklanmaya qarşı tədbirlər görülür11:44Tailandda Azərbaycanın sədrliyilə Quru limanların işi üzrə işçi qrupun 3-cü iclası keçirilib11:38Almaniyada icazəsiz yaşayan 61 nəfər Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb11:24Aqrar Xidmətlər Agentliyində rayon baytarlıq idarələrinin rəhbərləri ilə görüş keçirilib11:05Raket və Artilleriya Qoşunları əməliyyat təliminin tapşırıqlarını icra edir - VİDEO10:50Müxalifətin korrupsiyası10:16Təhsil müzakirələri davam edir09:40Düşmən ərzində atəşkəs rejimini 20 dəfə pozub09:22Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub09:00Əməliyyat təlimi çərçivəsində HDQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO20:49Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib - SİYAHI19:46Gəncədə yol qəzası: ölən və yaralananlar var - VİDEO18:55Prezident İlham Əliyev Qaraçay-Çərkəz Respublikasının başçısını qəbul edib18:23Bakıda qanunsuz fəaliyyət göstərən dini tədris kursu aşkarlanıb18:00İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri AQTİ-nin laboratoriyaları ilə yaxından tanış olub17:41Qaz xətti bir gündə iki dəfə zədələndi17:12İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq16:34Goranboyun daha bir kəndinə qaz verilib15:29Beyləqan şəhərində tullantı sutəmizləyici qurğusunun tikintisi yekunlaşmaq üzrədir15:11Voleybolçu qəzlar arasında birinciliyə start verilib14:53KOB-ların maliyyələşdirilməsinə dair ictimai müzakirə təşkil edilib14:43Külli miqdarda aksiz markası olmayan spirtli içkilər aşkarlanıb VİDEO14:17Təhsil Nazirliyi tərəfindən 7 nəfərə töhmət verilib14:05Gələn il Azərbaycan və Ermənistan rəhbərləri görüşə bilər13:55Keçən ay Təhsil Nazirliyinə 28 müraciət daxil olub13:34Məktəbdaxili yarışlar başlayıb13:20Təhsil naziri 3 ölkədən olan həmkarı ilə görüşüb13:03“ASAN xidmət”ə 34 milyonuncu müraciət12:41Məktəblilər arasında vətənpərvərlik və mənəvi dəyərlər mövzusunda rəsm -sərgi müsabiqəsi keçirilib12:30“Siyasətdə bütün oyunlar qəbuldur” variantından artıq imtina etmək zamanıdır12:15Hər kəsə öz silahıyla cavab vermək lazımdır12:05Prezident İlham Əliyev “Heydər Əliyev” ordenini Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib11:50Prezident və xanımı Dünya dini liderlərinin II Sammitində iştirak edir11:27Energetika naziri Pərviz Şahbazov Qazaxıstana səfər edəcək11:11“III Robot Olimpiadası”nın qalibləri ölkəmizi “Dünya Robot Olimpiadası”nda təmsil edib10:56AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb10:42Nizami rayonunda məktəb seminarları keçirilir10:33Azərbaycanlı mühacir Fransada saxlanılıb10:00İrandan Azərbaycana 25 kq narkotik gətirilməsinin qarşısı alınıb09:44Almaniyada "miqrant alveri"nə görə Azərbaycanın 7 vətəndaşı barəsində həbs qətimkan tədbiri seçilib - SİYAHI09:27Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub09:00Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti başlayır20:00QHT əməkdaşları Agentliyin idarə heyətinin sədri ilə görüşüblər19:38Bakıda Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri 4-cü Ticarət Məclisi keçirilib19:00Azərbaycanda vərəmlə bağlı Milli Dialoq keçiriləcək18:30Azərbaycan-BƏƏ Hökumətlərarası Komissiyasının iclası keçirilib17:48"Azəriqaz"da istehsalat müşavirəsi keçirilib17:13Asiya İnkişaf Bankının “Texniki dəstək” layihəsinin təqdimetmə mərasimi keçirilib17:00ABŞ nümayəndə heyəti “ASAN xidmət”də16:45Prezident "Azərsu"ya 5 milyon manat ayırdı16:32İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədrini qəbul edib16:17Gömrük rəsmiləşdirilməsi üzrə təlimlər keçirilir15:36Dövlət Komitəsində görüş keçirilib15:10Şəhid ailəsinin bank girovluğunda olan evi Birinci vitse-prezidentin tapşırığı ilə geri qaytarılıb14:45Əməliyyat təlimi çərçivəsində HHQ qarşıya qoyulan tapşırıqları icra edir - VİDEO14:30Pərvin Kərimzadə: "Büdcə xərclərinin artırılması tərəqqinin real mənzərəsidir"14:13Sabah hava necə olacaq?13:56Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə iş üzrə Şurasının iclası keçiriləcək13:27Bəzi ticarət obyektlərində tərkibində böyük miqdarda bitki, az miqdarda isə kərə yağı spredi olan yağlar kərə yağı adı altında satılır13:20“MDB üçün 100 ideya” Beynəlxalq gənclər layihəsinin final mərhələsi keçiriləcək13:11“Sənədsiz məktəbli qalmasın” aksiyasına yenidən start verilib13:00Qida məhsullarının idxalının elektronlaşmasına start verildi12:51Azərbaycanla Rusiya arasında gəncləri sahəsində saziş imzalanacaq12:40Pambıq qəbulu məntəqələrinə bu günədək 281 min tondan çox məhsul təhvil verilib12:22Ağcabədidə 18 km uzunluğunda yerli əhəmiyyətli yol yenidən qurulub11:45Tirrell Hatton“Türk Hava Yolları Açıq Qolf Turniri”nin qalibi oldu11:35496 əcnəbi barədə ölkəni tərk etmə qərarı çıxarılıb11:17BNA əməkdaşları halı pisləşən xanıma ilkin tibbi yardım göstərib11:02Keçən ay Miqrasiya Xidmətinə 49924 müraciət daxil olub10:55Məktəblər arasında respublika çempionatının rayondaxili mərhələsi keçirilir10:36İki rayon üzrə məktəb seminarları keçirilib10:12Bakı metrosunda qatarların hərəkəti ləngiyib09:32Düşmən atəşkəs rejimini 22 dəfə pozub09:00AVP Avropalı Gürcüstan Partiyası ilə əməkdaşlıq edəcək20:12Birinci vitse-prezidentin təşəbbüsünə Qusar məktəbliləri də qoşuldu-FOTOLAR19:48İstanbulda Bayraq gününə həsr olunan “İSTİQLAL” Beynəlxalq Bilik Yarışmasına start verildi19:22Xırdalan 10 saylı məktəbin şagirdləri Bayraq Günü fləşmobu hazırlayıblar - FOTOLAR-VİDEO18:51Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Oklahoma ştatında səfərdədir17:55Yeni qaydalarla subsidiya verilməsi üçün müraciətlərin qəbuluna başlanıb17:37Çexiyada “Mədəniyyətlərarası dialoq, radikalizm və zorakılığın qarşısının alınması” mövzusunda konfrans keçirilib16:52Prezident bu rayon üçün 19,4 milyon manat ayırdı
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (288)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Siyasət şoumenlərinin cəmiyyətə, xalqa və dövlətə qarşı müxalifəti

26 İyul 2019, 18:05   
Siyasət şoumenlərinin cəmiyyətə, xalqa və dövlətə qarşı müxalifəti


Newscenter.az.26.07.2019. Son aylar Azərbaycan və Gürcüstan arasında strateji münasibətlərin ruhuna tamamilə zidd olan və iki ölkə arasında qarşıdurmaya yönəlmiş təxribatların artmasının şahidi oluruq. İlk önəcə bu ilin aprel ayında Azərbaycan-Gürcüstan dövlət sərhədinin keçdiyi təpələr sırası boyunca, təxminən, 25 kilometr məsafədə səpələnmiş tarixi, memarlıq və dini obyektlərdən ibarət olan Keşikçi Dağı Alban Məbəd Komplekslərinin ətrafında qonşu ölkənin şübhəli qruplarının ölkələrarası gərginlik yaratma cəhdlərinin şahidi olduq. İyulun 14-ü Gürcüstanda keçirilən Avropa Birliyi və “Şərq tərəfdaşlığı” proqramının 10 illik yubileyinə həsr olunan beynəlxalq konfransdan cəmi iki gün sonra isə Gürcüstan Azərbaycan sərhədində, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Keşikçi qala” sərhəd zastavasının xidməti ərazisində Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədildi.

Hər iki təxribat strateji tərəfdaşlar -Azərbaycan və Gürcüstan rəsmilərinin təmkinli yanaşması ilə zərərsizləşdirildi. Paralel olaraq hər iki ölkədə müxalif radikal və şübhəli siyasi qruplarının Azərbaycan və Gürcüstan cəmiyyətinə yönəlik körükləyici kampaniyaları, QHT- ləri təhrikçi fəaliyyəti , siyasət “şoumen”lərin pafoslu çağırışları, müxalifətin prosesdən ucuz siyasi dividend götürməyə hesablanmış aksiyaları və ən əsası da bütün bu qrupların sosial medialarda şübhəli səhifələrdən insidentin “sızdırılan” detalları üzərində qurduğu təbliğatın şahidi olduq.

Sırf Azərbaycan haqqında danışsaq, həssas dövrlərdə bu siyasi və siyasiləşmiş QHT qruplarının sosial mediada şübhəli səhifələrdən “sızdırılan” məlumatları tirajlamaqla təbliğat qurması ilk hal deyildi. Biz bu “koalisiya” nin birgə fəaliyyətini daha öncələr istər Gəncə terror hadisəsi, istər texnogen qəza, istər Hacı Muradın qəbrinin ekshumasiyası, istərsədə cəmiyyətin diqqətini çəkən diğər həssas mövzularla bağlı hadisələr zamanı şahid olmuşuq. Qonşu ölkədə isə bu mövzuda eyni dairələrin təbliğatı Azərbaycanın bu ölkədəki enerji kapitalını güya ki, siyasi kapitala çevirmək istəyinin mövcud olması, Azərbaycan Dövlət Neft Şirkətinin Gürcüstandakı siyasətinin isə bu ölkəni Azərbaycandan enerji asılılığına salmaq istiqamətində qurulması kimi təxribatçı təbliğat üzərindən aparılır. Münasibətlərin korlanmasına yönəlik cəhdlərdə Gürcüstan cəmiyyətinin və sosial mediasının erməni siqmentinə göydən düşmə şans kimi Keşikçi Dağı mövzusu ətrafında Azərbaycana qarşı ikinci cəbhə yaratmaq məqsədi ilə səfərbər olmasını da xüsusi qeyd etmək istəyirəm.

Burada bir haşiyə də çıxım ki, son illərin qlobal səviyyədə internet resursların lokal siyasi sistemlərə sirayətinin gətirdiyi bəzi “üstünlük”lər də var. Məsələn, məhz belə həssas ərəfələrdə daxili siyasi qruplar və siyasiləşmiş QHT lərin fəaliyyətlərinin müşahidəsi və analizi mən də daxil müstəqıl müşahidəçilər və analitiklərdə bu siyasi qrupları “hərəkətə gətirən” məqsəd, məram və dairələr haqqında aydın təsəvvürlərin yaranması üçün unikal bir şans olur. Məsələn, ABŞ da son prezident seçkilərində, İngiltərədə Brexit prosesi , İspaniyada Kotoloniya prosesi və həmçinin Avropa Birliyi ölkələri, xüsusi ilə Almaniyada mühacir böhranında siyasi qruplar və siyasiləşmiş QHT lərın belə şübhəli “koalisiyası” analitiklərdə ( həmçinin isə təhlükəsizlik strukturlarında) bu qrupların “işinə yaradığı” dairələrlə birbaşa və ya qiyabi bağlılığı haqqında aydın təsəvvürlərin yaranmasına gətirib çıxardı.

Qayıdaq yazının əvvəlində qeyd etdiyim strateji Gürcüstan Azərbaycan münasibətləri və bu münasibətlərin əhəmiyəti mövzusuna, nədir bu münasibətlərinin strateji əhəmiyəti və niyə hər iki ölkədə dövlət rəsmiləri cəmiyyətlərinin təhrikçi və körükləyici məlumatlarla gərginləşən ab-havasının zərbələrini bir çox hallarda öz üzərlərinə çəkərək, təmkinli mövqeləri ilə bu münasibətləri qorunmağa çalışırlar.

Əsası 1992-ci ildənqoyulan Azərbaycanla Gürcüstan diplomatik əlaqələr 1997-ci ildən müxtəlif istiqamətləri əhatə edən strateji tərəfdaşlıq sazişi ilə möhkəmlənmişdir.

Azərbaycan və Gürcüstan regional və transkontinental formatlarda enerji, nəqliyyat-tranzit sahələri ilə paralel ikili formatda sənaye kənd təsərrüfatı və turizm sahəsində əməkdaşlığı mövcuddur.

Əməkdaşlığın ikili formatı haqqında danışsaq, Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan ən böyük xarici investordur, tərəflər arası qarşlıqlı investisiya mühitinə görə Gürcüstan Azərbaycan iqtisadiyyatına 93,8 milyon dollar, Azərbaycan isə Gürcüstana 3,2 milyad dollar investisiya yatırıb.

Azərbaycanda 300-dən çox Gürcüstan şirkəti, Gürcüstanda isə 1300-ə yaxın Azərbaycan şirkəti, xüsusilə Azərbaycan Dövlət Neft Şirkəti SOCAR uğurla fəaliyyət göstərir. SOCAR ın törəmə şirkəti olan SOCAR Energy Georgia Gürcüstandakı neft satışının 72%, dizel satışının isə 61%-nə və Kulevi neft terminalına nəzarət edir.

Həmçinin SOCAR Energy Georgia Gürcüstanda neftin topdan və pərakəndə satışı, neft və neft məhsulları, mayeləşdirilmiş qazın ölkəyə idxalı, neft terminalı və anbarlarının tikintisi ilə məşquldur.

Əməkdaşlığımızın regional və regionlararası formatından danışsaq, enerji sahəsi Azərbaycan, Gürcüstan və Türkiyənin birgə həyata keçirdiyi beynəlxalq əhəmiyyətli iri enerji və nəqliyyat layihələri: Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, reallaşmaqda olan Cənub Qaz Dəhlizi və Avropa Asiya, Çini birləşdirən “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi” də kimi qitələr arası layihələr həyata keçirilir ki , bu layihələr Cənubi Qafqaz regionun nəqliyyat-tranzit potensialını və geopolitik əhəmiyyətini artırılmasına xidmət edir.

Bu iri layihələrin ölkəmiz üçün faydalılığı isə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycanın geopolitik əhəmiyyətinin misilsiz dərəcədə artması ilə nəticələnmişdir.

Şimal-Cənub nəqliyyat dəhlizinin əsas mərkəzi kimi Azərbaycan Yaxın Şərq, Fars körfəzindən yüklərin Rusiyaya və Qara dəniz vasitəsilə Avropaya tranzitini təmin edir. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Çin və Avropa arasında əhəmiyyətli tranzit dəhlizlərinin yaranması ilə müasir geopolitik müstəvidə regionun və təşəbbüsçü kimi ölkəmizin rolunu müstəsna əhəmiyyətli etmişdir.

Çünki son illər qlobal səviyyədə dəyişən lojistik mənzərə belədir ki, Rusiya və Avropa arasında enerji və ticarətin quru ilə nəqli üçün mövcud olan üç yoldan yalnız biri, Rusiya və İranla bərbad münasibətləri fonunda Qərbin yüz milyardlarla dollarlıq ticarətinin yalnız bir real marşrutu Azərbaycandan keçməklə Gürcüstan ərazisindən nəqli marşurutudur.

Bir sözlə Gürcüstan Azərbaycan münasibətlərinn korlanmasına çalışan dairələr, onların hər iki ölkədə siyasi qruplar və sosial mediadakı uzantılarının uzaqmənzilli hədəfləri Qara dəniz və Xəzər dənizi arasında yerləşən, Xəzərin enerji resurslarının diversifikasiyası da daxil Cənub-Şimal və Qərb-Şərq enerji-nəqliyyat dəhlizi olan strateji regionda həyata keçilirən layihələrə qarşı bir fəaliyyətdir.

Hər iki tərəfdaş dövlətlərin bu qədər mühüm mövzuda narahatlığı üzərindən dividend götürməyə çalışan daxili siyasi qruplar və siyasət şoumenlərin fəaliyyətinin hədəfi də strateji tərəfdaş iki ölkənin münasibətlərinin korlanmasına çalışmaqdır.

Burdan isə məntiqi olaraq belə nəticəyə gəlmək olur ki, hər iki ölkədə belə daxili qrupların fəaliyyəti yerli hökümətə deyil cəmiyyətə, xalqa və dövlətə müxalifət olmaqdır.

Yeganə Hacıyeva,

Beynəlxalq münasibətlər üzrə ekspert,
OXŞAR MÖVZULAR