Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fizuli Məmmədovdan daha bir xeyirxah addım



Newscenter.az.28.07.2019. Rusiya Azərbaycanlıları İttifaqı (RAİ) və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri, iş adamı Fizuli Məmmədov daha bir xeyirxah addım atıb.

Newscenter.az-a Rusiya Azərbaycanlıları İttifaqından daxil olan məlumata görə, Qarabağ müharibəsi iştirakçıları, müharibə əlilləri və şəhid ailələrinə davamlı olaraq dəstək göstərən Fizuli Məmmədov daha bir Qarabağ müharibəsi iştirakçısının əməliyyatı və müalicəsini öz üzərinə götürüb.

Qeyd edək ki, Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) veteran döyüşçüsü Rövşən Cəfərovun səhhətində yaranan problem, onun əməliyyata ehtiyacı olması barədə RAİ rəhbərinə müraciət edilib. Müraciətlə tanış olan RAİ rəhbəri Fizuli Məmmədov Rövşən Cəfərovun əməliyyat olunması üçün yardım göstərəcəyini bildirib.

Məlumat üçün qeyd edək, RAİ rəhbəri Fizuli Məmmədovm indiyə qədər onlarla Qarabağ müharibəsi iştirakçılarına mənzil hədiyyə edib, bir neçə müharibə iştirakçısının əməliyyat olunması, müalicəsinə maddi yardım göstərib.
Xəbəri paylaş