Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsi başa çatıb



Newscenter.az.29.07.2019. Müdafiə Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən məktəblilərin Vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda böyüməsi, idmana marağının artırılması və hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədilə təşkil olunan “Gənc Heydərçilər” hərbi-vətənpərvərlik təmayüllü yay istirahət düşərgəsinin başa çatması münasibətilə tədbir keçirilib.

Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, yeniyetmələr istirahət düşərgəsində olduqları müddətdə Quba-Qusar rayonlarının görməli yerlərinə, muzeylərinə ekskursiyalar təşkil olunub, eləcə də onlar hərbi hissədə əsgərlərin gündəlik həyatı və məişət şəraiti ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Düşərgədə yeniyetmələr müxtəlif yarışlarda, müsabiqələrdə iştirak etməklə yanaşı, silah və texnika nümunələri ilə tanış olub və hərbi təlimatçıların nəzarəti altında silahlardan atəş açıblar.

Təntənəli bağlanış mərasimində qaliblər kubok və medallarla təltif olunub, fərqlənənlərə xatirə hədiyyələri təqdim edilib.
Xəbəri paylaş