Impera

XƏBƏR LENTİ
22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib16:54Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlandı
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (55)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031 

Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”

30 İyul 2019, 12:44   


Newscenter.az.30.07.2019. Bu gün öz yaradıcılığında Azərbaycana yer ayıran qeyri-azərbaycanlılar az deyil. Onlar ən səmimi şəkildə ölkəmizə və xalqımıza qarşı sayğılarını fəaliyyətləri ilə nümayiş etdirirlər. “Palitra” qəzeti olaraq, “Azərbaycanın dostları” adı altında belə Azərbaycansevərlərin axtarışındayıq. Bu baxımdan, rubrikamızın növbəti qonağı tanınmış rusiyalı şairə Yekaterina Xlebnikovadır. Xatırladaq ki, şairə Yekaterina Xlebnikova 18 may 1985-ci ildə Novosibirsk şəhərində anadan olub. İki ali və musiqi təhsili alıb. Saysız şeir müsabiqələrinin qalibi olub. Onun əsərləri dünya oxucularının qəlbini oxşayır. İndi Yekaterina şeirlərini yerli səhnələrdə və qastrol səfərlərində oxuyur.

-Siz nə vaxtdan şeir yazmağa başlayıbsınız?

-Hər şey uşaqlıqdan başladı. Həmişə qafiyələr fikirləşirdim və hər dəfə daha bacarıqlı və daha çevik idim. Rəfiqələrim üçün şeirlər yazdım və onlar sevgililərinə göndərdilər. Buna görə də ilk dəfə daxilimdə şeir yazmaq tələbini hiss etdim (sevgi etirafları üçün çox sifariş var idi).

Məktəb illərində bir neçə dəfə şəhər yarışmasının qalibi oldum. Şeirlərimi sinifdən gizli olaraq, gənc şairlərin regional yarışmasına göndərməyimi xatırlayıram. Beləcə, bir ay sonra sinif müəllimi məni qələbə münasibətilə təbrik etdi. O zaman mənə sertifikat təqdim etdilər. Əlbəttə, bu mənim üçün çox xoş idi.

Sonra musiqi məktəbinə və vokala daxil oldum. Mahnılar yazdım, ifa etdim.

İnstitutda bütün vokal festivallarının laureatı olurdum. Eyni zamanda, universitetlərarası şeir müsabiqlərində iştirak etmişəm və qalib olmuşam. Bütün hallarda, istənilən qələbə xoşbəxtliyə aparan bir yoldur...

Sonra tale elə gətirdi ki, rus şou-biznesi yenidən məni özünə cəlb etdi. Mən, CTC kanalında işləmək üçün Moskvaya getdim, musiqi və vokal tok-şousunun üzvü oldum. Filip Kirkorov, Dmitry Bilan, Sam Brown və rejissor Lina Arifullina kimi ulduzlarla birlikdə işlədim və onlardan çox şey öyrəndim. Bilirsiniz, bu, mənim üçün çox xoş oldu, amma mahnı oxumaq əvəzinə, həmişə şeirlərimi tamaşaçılara oxudum.

Daha sonra ikinci ali təhsil aldım. Bankda, kömür daşımaları şirkətində çalışdım. Həyatın bu dolanbac yolları məni kilsəyə apardı, orada həyat yoldaşımla tanış oldum. Ailə qurduq və gözəl əkiz övladlarımız (Mira və İvan) dünyaya gəldi.

Uşaqlar bir neçə aylıq olanda Sibirdə şeir yarışmasına rast gəldim. Ən çox sevdiyim müəlliflərin şeirlərini oxudum. Bunu “İnstagram”da da paylaşdım. Həmin yarışmada qalib gəldim. Daha sonra təşkilatçılarla birgə şeirimə bir film çəkdik.

Bundan sonra sosial şəbəkələrdə çoxlu suallar yazdım - “Səni harada oxuya bilərəm” rubrikası altında və paylaşmağa başladım. Gündən-günə izləyicilərimin sayı artdı. Çoxlu yeni şeirlər yazdım, cəsarətim gücləndi, özümə inamım artdı...

-İlk şeir gecənizi necə xatırlayırsız?

-İlk şeir gecəmi hələ də xatırlayıram. Əllərim, səsim titrəyirdi, amma izləyicilər dəstəklədilər və xüsusi sevgi ilə alqışladılar. Bundan sonra çoxlu belə axşamlar oldu. Yeni insanlar şeirlərimi söyləmək üçün məni dəvət etməyə başladılar. Beləcə, daha çox səyahət etməyə başladım.

Mən fərqli şeylər, insanlar, hisslər, vətən haqqında, mənəviyyat, şərəf, pisliklər, inanclar və qərəzlər haqqında yazıram, amma nəticədə hər şey sevgidən qaynaqlanır. Əgər qəlbində xeyirxahlıq varsa, deməli bütün həyatınız sevgi ilə bağlıdır.

-Azərbaycanda ilk dəfə nə vaxt olubsunuz?

- Azərbaycanda ilk dəfə 2014-cü ildə olmuşam. “Eurovision” musiqi yarışmasının finalında iştirak etdim. Şəhərdə insanların qonaqpərvərliyindən təəccübləndim. Bizim həm Rusiyada, həm də Bakıda ailəvi münasibətimiz olan çoxlu azərbaycanlı dostlarımız var. Bakıda müasir binalara qədim şəhərin harmoniyası var, daş döşənmiş küçələr və ideal hamar yollar insanı heyrətləndirir. Yeməkləriniz isə necə də dadlıdır! Bu yeməklər hər hansı qurmana həzz verir. Bütün bunlar, həm də Xəzərin romantikası ilə əhatələnib.

- Siz bir çox ölkələrdə şeir gecələri keçiribsiniz. Bizim ölkədə də şeir gecəsi keçirmək istərdinizmi?


-İndi yaddaşım məni keçmişə qaytarır və həyəcanlı bir tərzdə həyat məni Rusiyada azərbaycanlılarla tanış edir, isti münasibətlər yaranır və əməkdaşlıq davam edir. Bu, ölkənizin tamaşaçıları ilə tanış olmaq və əsərlərim və düşüncələrimi bölüşmək üçün bir səbəb deyilmi? Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam.

-Azərbaycanda tanıdığınız, əməkdaşlıq etdiyiniz şair varmı?

-Azərbaycan ədəbiyyatı ilə ilk tanışlığım orta əsr şairi Məsihinin "Vərqa və Gülşa" əsəridir. Əlbəttə, İmadəddin Nəsimi, Səməd Vurğun, Bəxtiyar Vahabzadə, Musa Yaqub, Sabir, Şəhriyar kimi bir çox şairləri tanıyıram. Azərbaycana gəldikdən sonra, şübhəsiz ki, ədəbiyyat tarixi ilə tanış oldum, maarifçiləri və əsərlərin özlərini, əlbəttə, tərcümələrdə və ya təsvirlərdə də tapa bildim, amma bu, az deyil.

Müasirlərdən Leyla Əliyevanın fəlsəfi, düşüncəli əsərlərini eşitmişəm. Ölkənizdəki oxucularım və həmkarlarımla görüşməkdən məmnun olardım.

-Azərbaycanla bağlı ilk şeiriniz hansıdır?

-Təxminən 5 dəfə Azərbaycana gəldikdən sonra Qəbələ rayonuna baş çəkə bildim. Lahıc kəndində də oldum və milli geyim dəstinizdən geyindim. Ağsu keçidində səhər yeməyi yeyib, insanlarla səmimi söhbət etdik.

Ətrafdakı hava və təbiət - şairin gözləri və fantaziyası üçün böyük bir zövq idi. Ona görə də ailəmlə, dincəlmək üçün buraya qayıtmaq qərarına gəldim. Həyat yoldaşım və mən böyük dostlar qrupu ilə çox yerdə olmuşuq. Amma tərəddüd etmədən deyə bilərəm ki, bu, mənim səfərlərim içərisində ən yadda qalanlarından biridir. Təəccüblü və fərqli, qeyri-adi Azərbaycan haqqında ilk şeirimi yazdım:



«Горы эти полны историй и сланца.

Рядами плотными щедробогатых крон,

Словно густая кучерявостью голова афроамериканца.

Высота немыслимых царственных гор.

Облака выглядывают из под острых

Отшлифованных Божею волей пик,

Прогоняя околодумных монстров

Я вдыхаю полной свободы лик.

Ой ты милая , милая птаха , как резвишься

Когда на просторе крыло.

У такого места полно размаха,

Ой ты птаха, как же с тобою нам повезло.

Мне привольно и пьётся здесь и пишется,

У вина вкус гранатов и абрикос.

Здесь особенные рифмы слышатся

Перемешиваясь с запахом ветра и гордых роз.

А поодаль- и реки дикие,

и деревни, лимандровые сады.

Не гони часовой свои стрелки ,

Погоди же ты,

Дай мне внутрь впустить родниковой святой воды.

Длинноногие сосны и виноградники,

Козы, овцы, уверенный алабай,

А по краю времени - хлопцы всадники,

Под симфонью стрижей романтичных стай.

Набегают на мысли мои опьяневшие

И стремительным ветром запутывают уста.

Все что мне остаётся-

услaдиться вдоволь черешнею

И мечтательно щелкнуть пальцами у виска.

Ой ты время, благодарю что безвременно,

Что умеешь растягиваться, не бежать,

Мне стоится на этой земле уверенно

Спасибо мой друг, великий Азербайджан.»
OXŞAR MÖVZULAR