Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi yarışları birinciliklə başa vurub



Newscenter.az.2.09.2019. Avqustun 26-28 tarixlərində Müstəqil Dövlətlər Birliyi gömrük orqanlarının kinoloji xidmətlərinin və xidməti axtarış itlərinin çoxnövçülük üzrə 9-cu yarışları keçirilib.

Newscenter.az-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Rusiya Federal Gömrük Xidmətinin Kinoloji Mərkəzinin bazasında təşkil olunan yarışlarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi də uğurla iştirak edib.

Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzi komanda hesabında I yerə, şəxsi hesabda II yerə, narkotik vasitələrin otaq şəraitində axtarışı mərhələsində I yerə, narkotik vasitələrin minik maşınlarında axtarışı mərhələsində II yerə, narkotik vasitələrin əl yüklərində axtarışı, narkotik vasitələrin yük avtomobillərində axtarışı və ümumi itaətetmə mərhələlərində isə III yerə layiq görülüb.
Qeyd edək ki, yarışlardan əvvəl və sonra digər tədbirlər də keçirilib.

Avqustun 25-də MDB gömrük orqanlarının kinoloji bölmələrində xidməti itlərlə təlim-məşğələnin təşkili üzrə aktual problemlər və xidməti itlərin təlim olunma dərəcəsinin qiymətləndirilməsinin meyarları mövzusunda seminar təşkil olunub.
Seminarda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinin hazırladığı "Axtarış itinin iybilmə qabiliyyəti haqqında" videoçarx təqdim edilib və maraqla qarşılanıb.

Avqustun 29-da isə yarışların qaliblərinə kubok və medallar təqdim olunub.
Daha sonra MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının Hüquq Mühafizə Bölmələri Başçıları Komitəsinin kinoloji fəaliyyət məsələləri üzrə işçi qrupunun 21-ci iclası keçirilib.
Elxan
Xəbəri paylaş