Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü yağış svetoforların işində problemlər yaradıb



Newscenter.az.3.09.2019. Gecə saatlarında müşahidə edilən yağışla əlaqədar olaraq paytaxt ərazisindəki bəzi yol kəsişmələrindəki svetoforların işində problemlər yaranıb. Bakı Nəqliyyat Agentliyindən Newscenter.az-a bildirilib ki, hazırda 9 küçə və prospekt kəsişməsində svetoforlar işləmir.

Bildirilib ki, svetoforların fəaliyyətinin bərpa edilməsi istiqamətində iş aparılır. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.
Anar
Xəbəri paylaş