Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yeni pambıq sortlarına baxış keçirilib



Newscenter.az.4.09.2019. Azərbaycana pambıq toxumu idxal edən Türkiyənin “SETTOHUM” şirkətinin nümayəndələri sort-sınaq sahəsində olublar. Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, şirkətə məxsus “SET-330” pambıq sortunun sort-sınaq sahəsində digər sortlarla müqayisəli şəkildə təsərrüfat-biloji xüsusiyyətləri, o cümlədən xəstəlik və zərərvericilərə davamlılığı əlamətləri üzrə qiymətləndirmə aparılıb. Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin, “Azərpambıq” MMC-nin mütəxəssisləri, Salyan DAİM-in nümayəndələri və bölgə fermerləri iştirak ediblər.

Qeyd edək ki, məntəqədə metodiki qaydalara uyğun olaraq yığımdan sonra ayrı-ayrı sortlar üzrə məhsuldarlıq müəyyən olunacaq və nümunələr texnoloji analizlər aparılması məqsədi ilə Xidmətin Kimya-Texnoloji Laboratoriyasına göndəriləcəkdir. Sort-sınaq işlərinin və laboratoriya analizlərinin nəticələrinə əsasən yeni pambıq sortlarının “Azərbaycan Respublikası ərazisində kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadəsinə icazə verilmiş və mühafizə olunan seleksiya nailiyyətlərinin Dövlət Reyestri”ndə qeydiyyata alınması nəzərdə tutulur.

Məlumat üçün bildiririk ki, Salyan Dövlət Sort Sınaq Məntəqəsində 20 pambıq sortunun sınağı aparılır. Bu sortlardan 7-si Türkiyədən introduksiya olunan sortlardır. Sınaq sahəsində hazırda yığıma hazırlıq işləri həyata keçirilir.
Orxan
Xəbəri paylaş