Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dövlət din münasibətləri müzakirə edilib



Newscenter.az.6.09.2019. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Azərbaycanda dövlət din münasibətləri: tarix və müasirlik" mövzusunda ikigünlük seminar-müşavirə keçirilib.

Newscenter.az-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən daxil olan məlumata görə, DQİDK sədrinin birinci müavini Səyyad Salahlı çıxışında milli-mənəvi, dini dəyərlərin cəmiyyətdə təbliğinin hansı əsaslar üzrə aparılması, son illərdə dövlətin geniş vüsət almış din siyasətinin müxtəlif vasitələrlə ictimaiyyətə çatdırılması yolları, dövlətçiliyin və milli-mənəvi irsin qoruması, eləcə də təbliğ edilməsi, eyni zamanda, dini maarifləndirmə işinin təşkili və aparılması sahəsində əldə edilən nailiyyətlər və qarşıda duran vəzifələrə toxunub.

Bildirib ki, son dövrlərdə baş verən hadisələr dini radikalizm aktuallığını itirməyib, əksinə, qlobal təhlükəli bəlaya çevrilib. Bu baxımdan onun qarşısını almaq, təhlükənin azalmasına nail olmaq və inkişaf etməsi üçün şəraitin yaranmasına imkan verməmək hər bir ölkənin milli təhlükəsizliyinin təmin olunması baxımından mütləqdir.

Çıxışlarda qeyd edilib ki, ölkəmizdə dini konfessiyalara fərq qoyulmadan dini ibadətgahların təmir və bərpa olunması tolerantlığın dövlət siyasətinə çevrilməsinin bariz göstəricisidir.
Xəbəri paylaş