Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Masallıda İcbari tibbi sığorta sistemi haqqında maarifləndirmə tədbiri keçirilib



Newscenter.az.6.09.2019. Sentyabrın 6-da Sağlamlığa Xidmət İctimai birliyi Masallı rayon Heydər Əliyev Mərkəzində İcbari tibbi sığorta haqqında maarifləndirmə tədbiri keçirib.

Newscenter.az xəbər verir ki, tədbir Masallı rayon Mərkəzi Xəstəxanasında tibb işçiləri ilə görüş və müzakirələrlə davam edib. Tədbirdə Mərkəzi rayon xəstəxanasının, Vərəməleyhinə Xəstəxananın tibb heyəti, yerli QHT-lər, məktəb və uşaq bağçalarının rəhbərləri və yerli media nümayəndələri iştirak ediblər.

Mövzuya maraq və diqqət yüksək səviyyədə olub. Tibb işçilərinin pilot layihə, habelə 1 yanvar 2020-ci ildən tətbiq ediləcək İTS sistemi barədə məlumatlılığının yüksək olması və daha intellektual suallar verməsi təqdirəlayiq hal olaraq qiymətləndirilib. Əhalinin məlumatlandırılması istiqamətində uğurlu fəalliyyətlərinə görə tədbir təşəbbüskarları xəstəxananın (publik hüquqi şəxsin) direktoru Cəlil Nəzərova öz minnətdarlıqlarını bildiriblər.
Xəbəri paylaş