Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxt sakinləri üçün yarmarkadan alış-veriş əlverişlidir



Newscenter.az.7.09.2019. Bakı şəhərində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar tədarük və təchizat" ASC-nin təşkilatçılığı ilə "Kənddən Şəhərə" brend adı daşıyan mağazalarda paytaxt əhalisini yüksək keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün bu məhsulların satışı həyata keçirilir. Təbii məhsullar xüsusi mağazalarla yanaşı, hər şənbə və bazar günləri Yasamal rayonu, Hüseyn Cavid prospekti ilə Seyfəddin Dağlı küçələrinin kəsişməsində təşkil olunan yarmarkada da satışa çıxarılır.

Newscenter.az xəbər verir ki, yarmarkadan Azərbaycanın müxtəlif bölgələrindən gələr fermerlər iştirak edirlər. Bu fermerlərdən biri Məmmədov Azərdir. O, Daşkəsən rayonundan gəldiyini deyir:

“Mən Daşkəsən rayonunun Xoşbulaq kəndindənəm. Öz təsərrüfatımın istehsalı olan pendir satıram. Satışdan məmnunam, çox sayda alıcı var”.

“Yarmarkada bal satıram. Burada iştirak etməkdən məmnunam. İstəyərəm ki, daha çox satış etməyim üçün iş günlərində də yarmarka keçirilsin”- deyə Astaradan gələn Nargilya xanım deyir.

"İnanmayacaqsınız, səhərdən etibarən demək olar ki, bir ton pomidor satmışam". Bu fikirləri isə növbəti həmsöhbətimiz Oruc Eldarov bildirir.
Yarmarkada seçim imkanları geniş olduğundan alıcılar da çoxdur. Satıcılar isə satışdan razıdırlar. Paytaxt sakinləri üçün istədikləri məhsulları şəhərin digər mağaza və bazarlarından daha ucuz qiymətlərlə, seçim zənginliyinin çox olduğu yarmarkadan almaq çox əlverişlidir.
Xəbəri paylaş