Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək

 "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək


Newscenter.az.9.09.2019. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin birgə təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə sentyabrın 12-də Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 101 illiyinə həsr olunmuş "Qafqaz İslam Ordusu və Bakının qurtuluşu" mövzusunda tədbir keçiriləcək.

Newscenter.az xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında baş tutacaq ədəbi-bədii tədbirdə Türkiyədən olan qonaqlar - araşdırmaçı, jurnalist Meryem Aybike Sinan, Əhməd Yəsəvi vəqfinin rəhbəri

Fatma Sönmez, Ötüken Neşriyatının rəhbəri və redaktoru Ayşegül Büşra Çalık, araşdırmaçı alim Neslihan Kabaklı da iştirak edəcəklər.
Tədbirdə vətənpərvərlik mahnılarının ustadları - Şəmistan Əlizamanlı, Şahin İsmayılov və b. sənətkarların ifasında konsert proqramı təqdim olunacaq.
Xəbəri paylaş