Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur

Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur


Newscenter.az.10.09.2019. “Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənovun və Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini və partiyanın İcra katibi Əli Əhmədovun bir neçə deputat həmkarımın dediklərinə münasibət bildirməsi cəmiyyət tərəfindən müsbət qarşılandı. Bir daha ən yüksək səviyyədə elan edildi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş vahid dövlətçilik və azərbaycançılıq ideyaları Azərbaycan cəmiyyətini birləşdirən ciddi faktordur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri millət vəkili Aydın Mirzəzadə səsləndirib. O, qeyd edib ki, milli həmrəyliyə sədaqət ümummilli liderin siyasi irsinin davamçısı Prezident İlham Əliyevin hakimiyyəti dövründə də ardıcıl olaraq davam etdirilir:

“İlham Əliyev ilk dəfə prezident seçildiyi 2003-cü ildə səsləndirdiyi “mən bütün azərbaycanlıların prezidentiyəm” açıqlaması ilə həmin prinsiplərin onun üçün də dəyişməz olduğunu ortaya qoyub”.
Xəbəri paylaş