Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Selin zədələdiyi qaz xətti bərpa olunur



Newscenter.az.10.09.2019. Xəbər verdiyimiz kimi Goranboy rayonu Veyisli qəsəbəsinə gedən poletilen qaz xəttinə birləşmə nöqtəsində çay keçidində güclü sel gələrək dünən səhər saat 06.00 radələrində qaz xəttini 2 hissəyə bölüb.

Newscenter.az-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan məlumata görə, təxirəsalınmaz tədbirlərlə 2200 abonentin qaz təminatı bərpa olunsa da, sel suları axdığı üçün və ətraf bataqlıq olduğuna görə 790 abonentin qaz təminatını bərpa etmək mümkün olmamışdır. Hazırda əraziyə ağır texnika cəlb olunub və təmir işləri davam etdirilir. Video çarxı Facebook səhifəmizdən izləyə bilərsiniz.
Zaur
Xəbəri paylaş