Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq

Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq


Newscenter.az.10.09.2019. Sentyabrın 10-da səhər saat 12:00-dan etibarən “Zabrat-əhali” orta təzyiqli qaz kəmərinin kipliyə sınaq olunması məqsədilə Sabunçu rayonunun Zabrat qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Newscenter.az “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, gün ərzində “Zabrat-2”, Bilgəh qəsəbələri, eləcə də Şəmkir rayonunun mərkəzi və bir neçə yaşayış məntəqəsində də qazın verilişində qısamüddətli fasilələr müşahidə olunacaq.
Zaur
Xəbəri paylaş