Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanlıları İttifaqı Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılmasının maliyyə xərclərini öz üzərinə götürdü-VİDEO



Newscenter.az.11.09.2019. Rusiya imperiyasının Azərbaycan əsilli hərbi xadimi, tam süvari qoşunu generalı Hüseyn xan Naxçıvanskinin Rusiyanın Piter şəhərində heykəlinin ucaldılmasının maliyyə dəstəyini Rusiya Azərbaycanlıları İttifaqı qarşılayacaq.

Newscenter.az xəbər verir ki, heykəlin ucaldılması üçün lazım olan maliyyə vəsaiti 3 il bundan əvvəl Azərbaycan hökuməti tərəfindən ayrılsa və onun ucaldılmasına müvafiq dairələr tərəfindən yer ayrılsa da, lakin ötən müddət ərzində qeyd edilən istiqamətdə heç bir iş görülməyib. Daha dəqiq desək heykəlin ucaldılması məqsədilə ayrılan vəsait tamam başqa məqsədlərə sərf edilib.

Aparılan jurnalist araşdırması nəticəsində abidənin ucaldılması işinin fəaliyyəti dayandırılmış ÜmumRusiya Azərbaycanlıları Konqresi tərəfindən həyata keçiriləcəyi məlum olub. Lakin zamanında konqresin rəhbər strukturlarında təmsil olunan şəxslər abidənin ucaldılması üçün ayrılan maliyyə vəsaitinin aqibətinə aydınlıq gətirə bilməyiblər.

Yaranmış vəziyyətdən çıxış yolunu isə yenə də Rusiya Azərbaycanlıları İttifaqı tapıb. Belə ki, RAİ Hüseyn xan Naxçıvanskinin heykəlinin ucaldılması üçün lazım olan maliyyə vəsaitini ayıracağını açıqlayıb.

Qeyd edək ki, Hüseyn xan Naxçıvanski Rusiya-Yaponiya müharibəsində (1904-1905) qafqazlılardan təşkil olunmuş 2-ci Dağıstan süvari alayına komandirlik edib.

Bu barədə araşdırma materialı ilə aşağıdakı linkdən tanış ola bilərsiniz:

https://www.facebook.com/turantvaz/videos/387276818630530/?t=0
Xəbəri paylaş