Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bak ı- Horadiz qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə olub



Newscenter.az.12.09.2019. Bak ı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarının hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.

Newscenter.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən daxil olan məlumata görə, bu gün saat 03:40 radələrində Bakı- Horadiz marşrutu ilə hərəkət edən sərnişin qatarı Osmalı-Mürsəlli mənzilində hərəkətdə ikən qatarda texniki nasazlıq yaranıb. Nasazlıq aradan qaldırılandan sonra qatar təyinatı üzrə yola salınıb.

Nasazlığın başvermə səbəbləri araşdırılır.

Hadisə nəticəsində qatarın hərəkətində 1 saat 10 dəqiqə ləngimə qeydə alınıb.

Anar
Xəbəri paylaş