Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir



Newscenter.az.12.09.2019. "Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür. Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Bunun alternativini görmürük".

bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov bildirib ki, dialoqun əksi qarşıdurma və qeyri-qanuni mübarizədir: "Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Dünən - sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masasında müzakirələr aparıla bilər".

Prezidentin köməkçisi qeyd edib ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz: "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, hərə xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıb. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər. Bu yoldan çəkinməyənlərə nə etmək olar, bu onların seçimidir. Əgər onlar xaricdə iaşə obyektlərində bu davranışları özlərinə həyat kredosu, fəaliyyət nümunəsi seçiblərsə, qoy fəaliyyətlərini davam etdirsinlər. Əlbəttə ki, sağlam düşüncəli Azərbaycan vətəndaşları onlara nifrət edir".
Xəbəri paylaş