Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şəmkirdə mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçirilib



Newscenter.az.12.09.2019. Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, ammofos və nitroammofoska gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, ilk səyyar satış Şəmkirin Ələsgərli kəndində, ertəsi gün isə Yeni Göyçə kəndində baş tutub. Sentyabr ayının 11-də Yeni Göyşə kəndində keçirilən satış zamanı 30-dan çox vətəndaş müraciət edərək 21,95 ton ammofos gübrəsi satılıb.

Bu gün Şəmkirin Çənlibel kəndində səyyar satış keçirilir.

Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.

Fermerlər səyyar satış xidmətinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyata düşmək üçün 1652 Çağrı Mərkəzi, həmçinin (+994 51) 255 93 83 əlaqə nömrəsinə müraciət edə bilərlər.

Orxan
Xəbəri paylaş