Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Təhsil nazirinin müavini Şamaxıda vətəndaşları qəbul edəcək



Newscenter.az.12.09.2019. Təhsil nazirinin müavini Firudin Qurbanov sentyabrın 20-də Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Şamaxı və Qobustan rayon sakinlərini qəbul edəcək. Bu barədə məlumat Newscenter.az-a Təhsil Nazirliyindən daxil olub. Bildirilib ki, qəbulda Şamaxı və Qobustan rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 12-18 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
R.Mehdiyeva
Xəbəri paylaş