Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nazir və nazir müavinləri vətəndaşları qəbul edəcək



Newscenter.az.13.09.2019. Sentyabrın 27-də energetika naziri Pərviz Şahbazov Tovuz şəhərində vətəndaşları qəbul edəcək. Nazirlikdən Newscenter.az-a bildirilib ki, qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialının inzibati binasında keçiriləcək.

Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Qazax şəhərindəQazax və Ağstafa rayonlarının sakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Qazax rayon Gənclər Mərkəzində baş tutacaq.

Nazir müavini Elnur Soltanov isə Şəmkir şəhərində yerli sakinlərlə görüşəcək. Qəbul saat 13:00-da Şəmkir rayon Gənclər Mərkəzində başlayacaq.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Azər Rzayev), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Tovuz filialı (əlaqələndirici şəxs Pünhan Qurbanov, əlaqə telefonu: (070)590-00-09, elektron poçt ünvanı:[email protected])vasitəsilə müraciət edə bilərlər.

Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.azinternet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.

Zaur
Xəbəri paylaş