Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın bu addımı təqdirəlayiqdir



Newscenter.az.13.09.2019. “Özbəkistan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə daxil olmaq üçün rəsmi olaraq qurumun katibliyinə müraciət edib. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib. Özbəkistanın bu addımı təqdirəlayiqdir”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov deyib ki, rəsmi Daşkəndin bu addımı çoxdan gözlənilirdi:

“Lakin məlum səbəblər üzündən Özbəkistanın Türk Şurasına üzvlüyü uzun illərdi ki, reallaşmırdı. Sabiq prezident İslam Karimov Türk birliyi ideyasına və bu istiqamətdəki bütün təşəbbüslərə olduqca soyuq yanaşırdı. Lakin Şövkət Mirziyoyevin gəlişi ilə necə deyərlər, buzlar əriməyə başlayıb. Bu gün dost və müttəfiq Özbəkistanın Türk Birliyi istiqamətindəki inteqrasiya proseslərinə qoşulmasını alqışlayırıq”.
Xəbəri paylaş