Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu rayonların qaz təchizatı dayandırılır



Newscenter.az.16.09.2019. Sentyabrın 16-da səhər saat 10:00-dan işlər başa çatanadək Yevlax, Ağdam, Bərdə və Tərtər rayonlarının bir neçə yaşayış məntəqələrində qaz təchizatı dayandırılacaq.

Newscenter.az-a “Azəriqaz” İstehsalat Birliyindən daxil olan məlumata görə, bu müddət ərzində “Qaz İxrac” İdarəsinin balansında olan “Yevlax-Naxçıvan” magistral qaz kəmərinin 9-cu km-də aşkar olunmuş qaz sızmalarının ləğvi və filtr-separatorun quraşdırılması işləri icra olunacaq.

Zaur
Xəbəri paylaş