Impera

XƏBƏR LENTİ
22:44Rusiya-Azərbaycan Regionlararası Forumunda kənd təsərrüfatında qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə edilib22:00Putin Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib21:00Birinci vitse-prezident Rusiya prezidenti Vladimir Putinlə görüşdü20:24Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb19:49LG-nin OLED televizoru ev əyləncəsi sektorunda etalondu19:13AQTA Xaçmaz rayonunda sahibkarla görüş keçirib19:00Sənaye şirkətlərinin üçdə ikisi onlara olunmuş kiber hücumları gizli saxlayır18:43KOB-ların Beynəlxalq Pərakəndə Sərgisində iştirakına dəstək göstərilib18:30"Azərbaycan Dəmir Yolları"ndən qəza açıqlaması18:13Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib17:58Qaydalara əməl etməyən daha bir çörək sexi aşkarlandı17:38Təhsil nazirinin müavini cəbhə bölgəsində17:17Ölkədə ilk dəfə olaraq kənd təsərrüfatı sahəsi üzrə qrant müsabiqəsi keçirilir16:42Naxçıvanda yağışyağdırma sistemləri quraşdırılacaq16:35Prezident Culfa-Ordubad avtomobil yolunun yenidən qurulmasına 34,3 milyon manat ayırıb16:02Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur15:50Bakı-Gəncə istiqamətində qatarların hərəkət sürəti artırılıb15:16Səyyad Salahlı: “Din xadimləri ictimai həyatda fəallıq nümayiş etdirməlidirlər”15:00Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətiriləcək14:48"Azərenerji" payız-qış mövsümünə keçir14:35Energetika nazirinin müavinləri Mingəçevir və Bərdə şəhərlərində vətəndaşları qəbul edib14:21Yararsız avtobuslar xətlərdən çıxarılır13:33İsveçrənin Cenevrə Universiteti təqaüd proqramı elan edir13:17Heyvan sağlamlığı üzrə işçi qrupun növbəti iclası keçirilib13:07Sabah hava necə olacaq?12:55Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir12:42Avropa Voleybol Konfederasiyası (CEV) Çempionlar Liqası keçirilir12:39Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb12:17StartupFest 2019” çərçivəsində “DevOpsDays” tədbiri təşkil olunu12:07Nazir Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada "Nəqliyyat həftəsi – 2019" tədbirində iştirak edib11:55Energetika naziri Pərviz Şahbazov Dan Brullet ilə görüşüb11:48Azərbaycanın turizm potensialı Polşada təbliğ olunur11:21Talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilir11:11Ələt-Astara yolunda həyəcanlı anlar, yanacaqdaşıyan maşın yandı10:28Antisanitar şəraitdə fəaliyyət göstərən daha bir şirniyyat sexi aşkarlandı10:17Azərbaycanla Bolqarıstan arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Sazişə əlavə Protokol imzalanıb10:10Dövlət Agentliyi Süni intellekt üzrə Komitənin Bürosunda təmsil olunacaq10:00Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb09:428 yaşayış məntəqəsini rayon mərkəzi ilə biləşdirən yol yenidən qurulub09:17Düşmən atəşkəsə əməl etmir22:49Birinci vitse-prezident Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb21:26Dəmir yolunda “Sağlamlıq günü”21:11Birinci vitse-prezident Mehriban Əliyeva “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə tanış olub20:35Ümumdünya Radiorabitə Konfransı öz işini davam etdirir19:29“Qida Əlavələrinin Təhlükəsizliyi” mövzusunda beynalxalq seminar keçiriləcək18:15Sumqayıtda bir qrup şəxsə Prezidentin fərdi təqaüdü təyin olunub18:00Azərbaycan pavilyonu yenidən XTNS-də qapılarını ziyarətçilərin üzünə açacaq17:42ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib17:28Sumqayıtda çoxmənzilli binaların dam örtüyü yenilənəcək17:00Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər16:44Prezident İlham Əliyev Təhsil Nazirliyinə iki milyon manat ayırıb16:35“eTwinning” layihəsi çərçivəsində regional konfrans keçirilir16:20Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə vəsait ayrılıb16:14Türkiyə HDQ nümayəndə heyəti Bakıda səfərdədir16:02Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib15:49Paytaxt məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasında15:22Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib15:00"StartupFest 2019"a start verilib14:55Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub14:46Gömrük Komitəsi keçmiş deputatın iddialarını yalanladı14:28Prezident Sumqayıta gedib14:12BDU-nun tələbəsi zəhərlənmədən ölüb14:06Sofiyada növbəti erməni həyasızlığı və millət vəkillərimizin adekvat addımı13:45Yüksək etimadın, ehtiramın göstəricisi13:28Gənc kadrlar şimal sahəsinin stansiyalarında işlə təmin olunublar13:18AQTİ-də “Açıq qapı” günü keçirilib13:00“Azneft” İB-nin rəhbərliyi “Bulla-dəniz” yatağında aparılan qazma işləri ilə tanış olub12:49Yağıntılı hava şəraiti davam edəcək12:36Qadın voleybolçularımız “Qızıl Avro Liqa”da mübarizə aparacaq12:24İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır12:14İcra başçısı özünə 250 minlik avtomobil aldı12:06#NANOCELL – LG təkmilləşdirilmiş LCD televizorunu təqdim edir11:47Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edəcək11:30Avropa İttifaqı ilə Avrasiya arasındakı aviasiya məlumatları Bakıdakı serverlərdə saxlanılacaq11:03“Religious Tourism Destinations in Azerbaijan” adlı kitab işıq üzü görüb10:41Sərnişin avtobusu qəzaya uğrayıb10:37Payız tətili müddətində məktəblilərin ekskursiyaları təşkil edilib10:30Yağışlı hava ilə əlaqədar yollarda sürət həddi endirildi10:08Gizlilik qaydalarını pozan tətbiq “Google Play store” və “App store”dan silinib10:00Ağdamı hədəfə alan "Barret M82-A1" silahı və Livandan gətirilən "Şuşanik" snayer qrupu-ŞOK FAKTLAR09:30Atəşkəs rejimi 22 dəfə pozulub08:52Amerikasayağı "ikili standart"lar08:27Qazaxıstan prezidenti Beynəlxaıq Türk Akademiyasının fəaliyyətini təıqdir edib21:57Van Damm Azərbaycana niyə təşəkkür etdi?21:54Təhsil naziri Ceyhun Bayramov valideynlərlə görüşüb20:29Şəki və Qaxın yararsız ərazilərində fındıq bağları salınır19:32Pambıq qəbulu məntəqələrinə 288 min tona yaxın məhsul təhvil verilib18:27Birinci vitse-prezident Mehriban xanım Əliyeva Rusiyada rəsmi səfərdədir18:17Prezident bu şəxsləri tıltif etdi-SİYAHI17:30Nazirin vətəndaşları qəbul vaxtı dəyişdi17:00Azərbaycanın Ukraynadakı səfiri nəsimişünas Pavlo Movçanı ziyarət edib16:37Azərbaycanın İqtisadiyyat naziri MDB vergi xidmətləri rəhbərlərinin Əlaqələndirmə Şurasının sədri seçilib15:56Prezident bu rayona 6 milyon manat ayırdı15:45Sahibkarlar öz təcrübələrini bölüşüb15:18İqtisadiyyat nazirinin müavini Göyçayda vətəndaşları qəbul edəcək15:07Vətəndaşların 77.5 faizinin ölkə prezidentinə inam və etimadı yüksəkdir-VIDEO15:00AQTA əməkdaşları həbs edilib?14:55Energetika naziri Pərviz Şahbazov ABŞ-a səfər edib14:45Mehriban Əliyeva Rusiyanın baş naziri ilə görüşəcək14:33Qubanın altı kəndinə qaz verilib
BÜTÜN XƏBƏRLƏR
Kasım 2019 (499)
Ekim 2019 (779)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)

«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident İlham Əliyev və Mehriban Əliyeva bədii gimnastika üzrə dünya çempionatının açılış mərasimində iştirak ediblər

16 Sentyabr 2019, 22:00   


Newscenter.az.16.09.2019. Bakıda, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev, birinci xanım, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva və ailə üzvləri açılış mərasiminə baxıblar.

Ümumrusiya Bədii Gimnastika Federasiyasının prezidenti İrina Viner-Usmanova da açılış mərasimində olub.

Mərasimdə əvvəlcə iştirakçı ölkələrin dövlət bayraqları təqdim edildi.

Açılış mərasimində çıxış edən Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov dedi:

- Hörmətli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev.

Hörmətli Azərbaycan Gimnastika Federasiyasının prezidenti xanım Mehriban Əliyeva.

Hörmətli Beynəlxalq Gimnastika Federasiyasının prezidenti cənab Morinari Vatanabe.

Beynəlxalq aləmdə idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınan Azərbaycanda bu gün daha bir nüfuzlu idman yarışı keçirilir. On dörd ildən sonra Azərbaycan bədii gimnastika üzrə 37-ci dünya çempionatına ev sahibliyi edir.

2014-cü ildə istifadəyə verilən bu möhtəşəm arena dövlətimizin başçısı İlham Əliyevin ümumilikdə idmana göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.

Gimnastika növləri üzrə Bakıda dünya kubokları, Avropa və dünya çempionatları yüksək səviyyədə keçirilir. Azərbaycan Gimnastika Federasiyası ardıcıl olaraq iki il dünyanın ən yaxşı federasiyası adına layiq görülüb. Təsadüfi deyil ki, Beynəlxalq Gimnastika Federasiyası bu mötəbər yarışın təşkilini məhz ölkəmizə həvalə edib.

Müasir Azərbaycan gimnastikasında olan bugünkü nailiyyətlər ölkəmizin Birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Mehriban xanımın rəhbərlik etdiyi yerli təşkilat komitəsinin hər bir üzvünə, yerli və xarici könüllülərə minnətdarlığımızı bildiririk.

Sözsüz ki, yarışın Tokio Olimpiya Oyunlarına təsnifat xarakteri daşıması, 61 ölkənin 300-dən çox idmançısının mükafatlar uğrunda mübarizə aparması dünya çempionatının gərgin mübarizə şəraitində keçəcəyinə, maraqlı və unudulmaz olacağına əminlik yaradır. İdmançılara isə yaranmış bu imkandan bəhrələnərək layiqli mübarizə aparmağı və qələbə qazanmalarını arzu edirəm.

Diqqətinizə görə çox sağ olun.

Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe çıxış edərək dedi:

- Beynəlxalq Gimnastika Federasiyasının prezidenti olaraq sizi burada – Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatında salamlamaqdan məmnunluq duyuram. Bu gündən etibarən yeddi gün ərzində dünyanın müxtəlif ölkələrindən olan bədii gimnastlar “Tokio 2020” Olimpiya Oyunlarına lisenziya qazanmaq uğrunda mübarizə aparacaqlar. Onlar həm də gözəllik üçün yarışacaqlar. Mən inanıram ki, bu, tamaşaçılar üçün gözəl musiqi və əsrarəngiz bədii gimnastika çıxışlarının harmoniyasından həzz almaq üçün böyük bir imkandır.

Azərbaycan Gimnastika Federasiyasına, xüsusilə də federasiyanın prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimova, tədbirin bədii gimnastika üzrə səfiri Yana Batırşinaya, könüllülərə və çempionatı bu cür gözəl səviyyədə təşkil etməkdə əməyi olan hər kəsə təşəkkürümü bildirirəm.

Əziz gimnastlar, əminəm ki, siz bədii gimnastikanın gözəlliyini və mükəmməliyini dünyaya nümayiş etdirəcəksiniz.

Mərasimdə Beynəlxalq Gimnastika Federasiyasının sentyabrın 13-də vəfat edən, iyirmi il bu quruma rəhbərlik etmiş sabiq prezidenti Bruno Qrandinin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Sonra Azad Rəhimov, Morinari Vatanabe və dünya çempionatının səfiri, bir neçə dəfə dünya çempionu, Olimpiya Oyunlarının mükafatçısı, rusiyalı gimnast Yana Batırşina çempionatı açıq elan etdilər.

Tanınmış müğənni və bəstəkar, Əməkdar artist Tünzalə Ağayeva Azərbaycanın dövlət himnini akapella üslubunda ifa etdi.

Daha sonra hakimlərin, gimnastların və məşqçilərin adından and içildi. Misir Gimnastika Federasiyasının nümayəndəsi Sarah Qhoneim hakimlər, azərbaycanlı gimnast Zöhrə Ağamirova atletlər, Meksika yığma komandasının məşqçisi Karalina Rangel isə məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və idmanda ədalət prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olduğunu bir daha xatırlatdı.

Dünya çempionatının ulduz səfiri, Azərbaycanın sevilən müğənnisi, Əməkdar artist Miri Yusif məhz bu yarış üçün xüsusi yazılmış “Birinci ol” mahnısını ifa etdi.

Mərasimdə Şərq motivləri əsasında səhnələşdirilmiş “Şərq nağılı” şousu təqdim olundu. Şouda gimnastikanın müxtəlif növləri üzrə 200-ə yaxın gimnast və onların məşqçiləri iştirak etdilər. Bu şouda səhnəyə çıxan ən kiçik gimnastın doqquz yaşı var.

Şoudan sonra məşhur müğənni, Xalq artisti, hit mahnıların ifaçısı Emin Ağalarov sevilən mahnıları ilə tamaşaçıların qəlbini fəth etdi.

Beləliklə, Azərbaycan daha bir unudulmaz açılış mərasimi ilə adını dünya gimnastika yarışlarının tarixinə yazdı.

Qeyd edək ki, “Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan çempionatda 61 ölkədən 300 gimnast 9 dəst medal uğrunda mübarizə aparır.

“Nağıllar gerçəkləşək” devizi ilə təşkil olunan dünya çempionatına Azərbaycan 9 gimnastla qatılıb. Fərdi proqram üzrə yarışlarda Zöhrə Ağamirova, Veronika Qudis, Yelizaveta Luzan və Məryəm Səfərova güclərini sınayacaqlar. Qrup hərəkətlərində isə komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıblar.

Sentyabrın 22-dək davam edəcək çempionatda fərdi proqramda çoxnövçülük üzrə ilk 16-lıqda yer alan gimnastlar (bir ölkədən maksimum 2 gimnast olmaqla) Tokio Olimpiadasına lisenziya əldə edəcəklər. Qrup hərəkətləri komandalarına gəldikdə isə, ötən ilin dünya çempionatının nəticələrinə əsasən, Bolqarıstan, Rusiya və İtaliya artıq lisenziyanı təmin ediblər. Çempionatda çoxnövçülük xalları üzrə daha 5 ən yaxşı komanda Olimpiadaya vəsiqə qazanacaq.
OXŞAR MÖVZULAR