Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçiriləcək



Newscenter.az.17.09.2019. Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) və İslam Ticarət, Sənaye və Kənd təsərrüfatı Palatası tərəfindən İslam Əməkdaşlıq Təşkilatına üzv olan MDB ölkələri üçün “Strateji məhsul (pomidor və fındıq)” mövzulu beynəlxalq seminar təşkil olunacaq.

Konfederasiyadan Newscenter.az-a daxil olan məlumata görə. seminarda Azərbaycan, Türkiyə, Türkmənistan, Tacikistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan müvafiq sahə üzrə tanınmış ekspertlərin iştirakı nəzərdə tutulur.

Bununla əlaqədar olaraq, ölkəmizdə pomidor və fındıq istehsalı və ixracatı ilə məşğul olan və bu sahədə innovativ üsulları tətbiq edən kiçik və orta biznes nümayəndələrinin və eyni zamanda, pomidor və fındıq istehsalı üzrə təqdimatla (rus və ya ingilis dilində) çıxış edə bilən ekspertlərinizin, ümumilikdə 20-dək qonağın seminarda iştirak edə bilər Seminar 3-4 oktyabr tarixlərində baş tutacaq.
Xəbəri paylaş