Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar



Newscenter.az.18.09.2019. Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsi, Kriminalistik Tədqiqatları İdarəsi, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsi, RPİ-nin Kriminal Tədqiqatlar qrupu və 40-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 10-da saat 16 radələrində Binəqədi rayonu Sulutəpə qəsəbəsində yaşayan M.Emrəlinin evindən pəncərədən girmək yolu ilə 17.000 manat və 20.000 ABŞ dolları, habelə 3 ədəd mobil telefon və 5000 manat dəyərində qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinənənlər - Qazax rayon sakinləri, əvəllər məhkum edilən 2003-cü il təvəllüdlü Nicat Vəliyev və əvəllər məhkum olunmayan 2005-ci il təvəllüdlü Anar Mahmudov tutulublar.

Newscenter.az Bakı Şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, faktla bağlı Binəqədi RPİ İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4 maddələrilə cinayət işi başlanılıb. Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması, vətəndaşa dəyən maddi ziyanın ödənilməsi üçün üçün istintaq hərəkətləri davam etdirilir.

Şübhəli şəxslərin digər talama cinayətlərində iştirakı istisna edilmir. Şübhəli şəxslərin əməllərindən zərər çəkən varsa, polisə məlumat vermələri tövsiyyə olunur.
Xəbəri paylaş