Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb



Newscenter.az.19.09.2019. Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə Xaçmaz şəhərində Xaçmaz və Şabran rayonlarının sakinlərini fərdi qaydada qəbul edib. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, Xaçmaz Suvarma Sistemləri İdarəsinin inzibati binasında keçirilən qəbulda Xaçmaz və Şabran rayonlarından olan vətəndaşların müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən suvarma suyuna tələbatın ödənilməsi, yeni subartezian quyularının qazılması, sel sularına qarşı mühafizə bəndlərinin tikilməsi, suvarma kanallarının beton üzlüyə alınması, həmçinin Cəmiyyətin səlahiyyətlərinə aid olmayan müxtəlif məsələləri əhatə edib.

Qəbulda hər bir vətəndaşın müraciətini dinləyən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri şikayətlərin qısa müddətdə araşdırılaraq zəruri tədbirlərin görülməsi barədə qəbulda iştirak edən məsul işçilərə müvafiq tapşırıqlar verib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

Sentyabrın 20-də isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavinləri Zakir Quliyev Qusar rayonunda, Rafiq Aslanov isə Quba rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

Zaur
Xəbəri paylaş