Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda intensiv meyvə bağlarına subsidiya veriləcək



Newscenter.az.21.09.2019. Azərbaycanda 2020-ci ildən başlayaraq ilk 4 il ərzində intensiv meyvə bağlarının hər hektarına görə fermerlərə yüksək əmsalla subsidiya veriləcək. Aqrar Subsidiya Şurası ayrı-ayrı meyvələr üçün əmsalları açıülayıb.

Newscenter.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, Şuranın bu qərarı 2019-cu ildən salınmış intensiv meyvə bağlarına şamil edilir. Beşinci ildən başlayaraq, intensiv bağlar məhsula düşdükdən sonra subsidiyanın əmsalı dəyişəcək.

İntensiv meyvə bağı dedikdə, damcı suvarma sistemi ilə təmin olunmuş, 1 hektara müəyyənləşmiş sayda (məsələn, alma, armud, gilas, gavalı, şaftalı, ərik, alça, badam bağlarında minimum 650 ədəd) vegetativ calaqaltı tingin əkildiyi bağlar nəzərdə tutulur.

Aqrar Subsidiya Şurası 2019-cu ildən əvvəl salınmış intensiv meyvə bağlarına və intensiv olmayan meyvə bağlarına əkin subsidiyasını 1,2 əmsalla ödəyəcək. Bu kateqoriya bağların hər hektarına görə fermerlərə hər il 240 manat subsidiya veriləcək. Subsidiya verilməsi üçün intensiv olmayan meyvə bağlarınını hər hektarında ən azı 90 ting əkilməsi şərtdir.

Orxan
Xəbəri paylaş