Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” rəhbərliyi vətəndaşları qəbul edib



Newscenter.az.23.09.2019. Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin 2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri bölgələrdə vətəndaşları qəbul ediblər.

Newscenter.az xəbər verir ki, “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Göygöl şəhərində Göygöl və Daşkəsən rayonlarından olan vətəndaşlarla görüşüb. Səhmdar Cəmiyyətin sədr müavini Etibar Məmmədov Naftalan şəhərində Naftalan, Goranboy və Xocalı rayonlarından olan sakinləri qəbul edib.

Qəbullarda Göygöl, Daşkəsən, Naftalan, Goranboy və Xocalı rayonlarından olan 61 vətəndaşın müraciət və şikayətlərinə baxılıb. Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub.

Qəbullarda hər bir vətəndaşın müraciəti dinlənilib. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.
Xəbəri paylaş