Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çay plantasiyalarına əkin subsidiyası veriləcək



Newscenter.az.23.09.2019. Gələn ildən başlayaraq çay plantasiyalarına əkin subsidiyası veriləcək. Plantasiyaların hər hektarına görə fermerə hər il 700 manat subsidiya ödənilməsi nəzərdə tutulur.

Newscenter.az Kənd Təsərüfatı Nazirliyinə istinadən xəbər verir ki, fermer bu məbləğdə subsidiyanı plantasiyanın salındığı ilk 7 il ərzində alacaq. Çay bitkisinin məhsula düşməsə başladığı 8-ci ildən etibarən isə subsidiya 1,2 əmsalla, yəni hər hektara 240 manat olmaqla veriləcək. Aqrar Subsidiya Şurasının bu qərarı 2019-cu ildən salınmış çay plantasiyalarına şamil edilir.

Çay bitkisi üçün 7 illik yüksək əmsallı (3,5) dəstək subsidiyasının müəyyənləşməsi dövlətin çayçılığın inkişafında maraqlı olması ilə bağlıdır. Bu sahəyə dövlət dəstəyinin genişləndirilməsi ixrac potensialı yüksək olan bitkiçilik məhsullarının istehsalını artırmış olacaq.

Orxan
Xəbəri paylaş