Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" da 831 müraciətə baxılıb



Newscenter.az.25.09.2019. “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin mühəndisləri 02.09.2019-cu il tarixindən 7 rayona 30 gün müddətinə ezam olunmaqla “ASAN səyyar” xidməti göstərirlər. Birliyin mühəndisləri Balakən, Beyləqan, Şəmkir, Cəlilabad, Ağcabədi və İsmayıllıda “ASAN avtobus”, Qazaxda isə “ASAN qatar” vasitəsilə müraciətləri cavablandırırlar.

Newscenter.az-a İstehsalat Birliyindən verilən məlumata görə, son statistikaya əsasən sentyabrın 2-dən yeni quraşdırılmış smart-kart tipli sayğacların kartlarının verilməsi, abonent məlumatlarında dəyişikliklərin edilməsi, təbii qazın alqı-satqısı barədə müqavilənin bağlanması və digər xidmətlər üzrə 831 müraciətə baxılıb. Abonentləri daha çox 233 halda təbii qazın alqı-satqısı barədə müqaviləyə dair məsələlər maraqlandırıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Prezident Administrasiyasının birgə təsdiq etdiyi illik qrafikə əsasən xüsusi formatda tərtib olunmuş qatar və avtobuslarda vətəndaşlara tələb olunan xidmətlərin “ASAN səyyar” xidməti vasitəsi ilə göstərilməsini təmin etmək məqsədi ilə “Azəriqaz” İB-nin mühəndisləri də müvafiq qrafik üzrə bölgələrə ezam olunurlar.

Zaur
Xəbəri paylaş